23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Pantiç hakimlərə söz atdı

"Bakı"nın baş məşqçisi Milinko Pantiç sabah Premyer Liqanın 11-ci turu çərçivəsində “Rəvan”a qarşı keçiriləcək oyun haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis özünə və komandasına inandığını bildirib: "Azərbaycan premyer-liqasında asan qarşılaşma görməmişəm. Mən də istəyirəm rahatlıqla qələbə qazanaq. Nəinki “Rəvan”a, heç bir komandaya yuxarıdan aşağı baxmıram. İmkan versələr, istəyimiz qələbə qazanmaqdı. Təbii, burda “Rəvan”ı nəzərdə tutmuram. Ortada başqa nüanslar var ki, bizə maneə törədir. Yaxşı düşüncələrimiz var, daim onu meydana sirayət etdirmək planı cızırıq. Hər bir peşəyə və hər bir insana hörmət edirəm. Amma özümü daha güclü sayıram. Yetirmələrimin də mənim kimi düşünməsini istəyirəm. İlk dövrədən fərqli indi rəqib komandanı PRO kateqoriyalı Şahin Diniyev çalışdırır. Bilirəm, onun da bizə qarşı hazırladığı taktiki planlar var. Bu gün məni ilk növbədə “Bakı” maraqlandırır, “Rəvan” ikinci yerdədi. Futbolçularıma inanır və qələbə qazanmaq yönündə qorxum yoxdu. Turnir cədvəlinə gəlincə, reallıqda “Qarabağ” və “Neftçi” 7 xal bizdən öndədi. Amma onlarla çempionatın sonuna kimi 3 oyunumuz qalıb. Elə problemlər var ki, gecədən gündüzə həll olunmur. Hazırkı mövqeyimiz səbrlə vəziyyəti öz xeyrimizə dəyişəcəyimizi xarakterizə edir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30