29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Kamran əməliyyat olundu

DÇ-2014-ün seçmə mərhələsinin Rusiya ilə baş tutan (1:1) son matçından sonra “Bakı”nın qapıçısı Kamran Ağayevin dizində mensk yırtığının əmələ gəlməsindən xəbərdarsız. Stadium.az xəbər verir ki, srağagün Türkiyəyə yollanan Ağayev dünən “Acıbadem Fulya Xəstəxanası İdman Sağlamlıq Mərkəzi”ndə əməliyyat olunub. Xəstəxananın İdman Sağlamlıq Mərkəzinin Ortopediya və Travmatologiya həkimi professor Ömer Taşer tərəfindən reallaşdırılan əməliyyatda futbolçunun yırtıq menskləri kəsilərək götürülüb. Qolkiperin 1 ay futboldan uzaq qalacağı bəlli olub. Bundan başqa xeyli vaxtdı ambulator müalicə alan "Bakı"nın daha bir futbolçusu Mario Rubio da eyni xəstəxanada cərrah masasına uzanmalı olub. Əməliyyata isə Ümit Sekmen rəhbərlik edib. İspaniyalı futbolçuya ikitərəfli qasıq yırtığı diaqnozu qoyulub. Əməliyyatdan sonra fiziki bərpa prosesi keçəcək yarımmüdafiəçinin 6 həftə sonra yaşıl meydana dönməsi gözlənilir.

fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31