25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

VI duelə doğru

Bu həftə Premyer Liqanın XI turun oyunları keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, II dövrədə ilk ev oyununa çıxacaq “Qəbələ” oktyabrın 25-də çempionatın autsayderlərindən biri “Sumqayıt”la görüşəcək. Yuri Syominin yetirmələri I dövrədə gözlənilmədən uduzduğu rəqibdən həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. İlk dəfə 2 il əvvəl üz-üzə gələn komandalar 2011/12 mövsümündə də, 2012/13 mövsümündə də 2 dəfə qarşılaşıb. Cari çempionatda artıq 1 dəfə qarşılaşan komandalar ümumilikdə 6-cı duelə çıxacaq. İndiyədək yalnız çempionatda baş tutan görüşlərdə “qırmızı-qaralar” böyük üstünlüyə malikdir. Cari mövsümədək bütün oyunlarda qalib gələn “Qəbələ” ilk dəfə 2 ay əvvəl məğlubiyyət acısı yaşayıb. Lakin 4 qələbəsi və cəmi 1 yenilgisi olan komanda həmin görüşdə də qol sevinci yaşayıb. Top fərqində də “Qəbələ” üstünlüyə malikdir - 11:5. “Qırmızı-qaralar”ın bu oyunlardakı qollarını 9 futbolçu vurub. Luiz Hilario və Viktor Mendi daha çox - hərəyə 2 dəfə fərqləniblər. Rəqibin heyətində isə Ruslan Qurbanov 2 qola imza atıb. “Qəbələ”nin 11 qolundan 6-sı 1-ci, 5-i 2-ci hissədə vurulub. Ev oyunlarında qələbələri sıralayan komanda hər 2 matçda qol buraxmaqla qalib gəlib. Bu isə oyunların məhsuldarlığını göstərir. Belə ki, “Qəbələ”nin 2 ev oyununda ümumilikdə 9 dəfə top qapıdan keçib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30