25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Nəzirov çempionatın tarixinə düşdü

Azərbaycan Premyer Liqasının X turunun “Sumqayıt” - “Qarabağ” oyununda avtoqol qeydə alınıb. Stadium.az xəbər verir ki, meydan sahiblərinin qapıçısı Anar Nəzirov topu öz qapısından keçirib. Qolkiperdən istiqamətini dəyişən topun qapıdan keçməsinin avtoqol kimi hesaba alınması ilə mövsümdə 2-ci avtoqol rəsmiləşib. İlk belə hadisə də məhz “Sumqayıt”ın ev oyununda qeydə alınmışdı. IX turun “İnter”lə görüşündə Adil İbrahimov “fərqlənmişdi”. Nəzirov “Sumqayıt”ın tarixində öz qapısına qol vuran 4-cü futbolçu oldu. “Qarabağ” isə ölkə çempionatlarında 9-cu dəfə rəqibin qoluna sevindi. Qeyd edək ki, 1992-ci ildən bunadək ölkə çempionatlarında heç vaxt qapıçı avtoqol müəllifi olmamışdı. Qeydə alınan 118 avtoqoldan heç birinin müəllifi qapıçı deyildi. Öz qapısına qol vuran ilk qolkiper kimi Premyer Liqa tarixinə düşən Nəzirov ümumilikdə 119-cu avtoqolu gerçəkləşdirdi.

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30