19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Varea 878 dəqiqəlik susqunluğa son qoydu

"Rəvan” Premyer Liqanın X turunda "Neftçi” ilə qarşılaşdı. Futbolxeber.az-ın məlumatına görə, oyun bir sıra maraqlı məqamlarla yadda qalıb. İlk öncə onu vurğulayaq ki, indiyədək bu komandalar arasında keçirilən oyunlarda hesabı açan tərəf qol buraxmadan qalib gəlirdi. Amma bu dəfə "Rəvan” hesabı açsa da, "Neftçi” 3 xal qazandı. "Neftçi” ilə oyun "Rəvan"ın taarixi ərzində bütün turnirləri nəzərə almaqla keçirdiyi 130-cu rəsmi görüş oldu. 48 məğlubiyyət fonunda 55 qələbənin olduğunu da bildirək. Premyer Liqada 20-ci səfər məğlubiyyətini alan "Rəvan” elitada vurduğu topların sayını 90-a çatdırdı. Komandanın yarandığı gündən bəri rəqib qapısından keçirdiyi 185-ci qolun müəllifi kimi də yadda qalan Xuan Manuel Varea isə axır ki "şeytanın qıçını qırdı”. Cari mövsüm ilk dəfə fərqlənən argentinalı forvard bununla həm də 878 dəqiqəlik qol həsrətinə son qoydu. Məhz bu qədər müddətdə o meydanda olsa da, rəqib qapısına yol tapa bilməmişdi. Başqa sözlə, Varea 168 günlük həsrətə son qoymuş oldu. Çünki buna qədər sonuncu qolunu o, ötən mövsümün sonlarında - mayın 4-də "Sumqayıt”a qarşı matçda vurmuşdu.

revanfc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30