19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Bir oyunda 4 qol vuracağım ağlıma belə gəlməzdi"

 

Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində “Sumqayıt” Futbol Klubu böyükhesablı qələbə qazanaraq (4:0) turnir çədvəlində 9-cu pilləyə yüksəldi. “Turan”la qarşılaşmada 4 qol vuraraq “poker”ə imza atan Azərbaycan əsilli hücumçu Pərdis-Fərcad Azad klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- “Turan” üzərindəki böyükhesablı qələbə barəsində nə deyə bilərsən?

- İki həftə əvvəl “Turan”a minimal hesabla məğlub olmuşduq. Revanş almağı çox istəyirdik. Qarşılaşmadan əvvəl bütün kollektiv qələbə sözü vermişdi. Təəssüf ki, məğlub olduğumuz əvvəlki görüşdə mən vərəqə cəzası səbəbindən meydana çıxa bilməmişdim. Qeyd edim ki, həmin qarşılaşmada da “Sumqayıt” rəqibindən üstün oynamışdı, lakin sonda meydanı məğlub tərk etmişdi. Bu qarşılaşmada erkən vurduğumuz iki qol bizə çox kömək etdi. Ardınca yaratdığımız bir neçə qol epizodları komandada özünə inamı bir qədər də artırdı. Hesab 4:0 olandan sonra isə oyunun taleyi həll olundu. Sevindirici haldır ki, komandamız oyunun sonuna qədər nəzarəti əlində saxladı. Hətta ikinci hissədə fərqi artırmaq üçün bir neçə real imkan da yaratdıq.

- Oyundan əvvəl 4 qol vuracağına inanırdınmı?

- Mən bir müddət idi ki, qol vura bilmirdim. Sonuncu dəfə 2012-ci ilin dekabrında “Rəvan”la qarşılaşmada fərqlənmişdim. Hazırda yaxşı formada olduğum üçün qol vurmağı çox istəyirdim. Amma bir oyunda 4 qol vuracağım ağlıma belə gəlməzdi. Mənim üçün bir görüşdə 4 qol vurmaq əsas deyil, əsas olan komandanın 3 xal qazanmasıdır.

- Karyeran ərzində “poker” etdiyin oyun olubmu?

- Yox, bu mənim karyeramda bir ilkdir. Yalnız 2007-ci ildə “FC Carls Zeiss Jena”nın əvəzedici komandasında het-trik etmişdim. Fürsətdən istifadə edib, mənə qol ötürmələrini edən oyundaşlarıma təşəkkür edirəm. Bu komanda qələbələrə layiqdir.

- “Sumqayıt” Futbol Klubunun Premyer Liqanın final mərhələsindəki əsas məqsədi nə olacaq. Sənin fikrincə komanda mövsümü hansı pillədə tamamlayacaq?

- Bizim olduqca döyüşkən komandamız var. Rəqibdən asılı olmayaraq, hər oyuna qələbə üçün çıxırıq. Bəzən təcrübəsizliyin qurbanı olduğumuzu bilirik. Lakin zaman keçdikcə komandadakı irəliləyiş açıq-aşkar sezilir. Düşünürəm ki, Premyer Liqada mövsümü 7-ci pillədə tamamlaya bilərik. Bunu reallaşdırmaq üçün potensialımız da var.

- Qarşıda A milli komandamızı Lüksenburq və Portuqaliya yığmaları ilə çətin görüş gözləyir. Bu oyunlarda seçmə komandamız hansı nəticə qazana biləcək?

- İlk öncə yenidən A milli komandanın heyətinə dəvət aldığımız üçün özümü xoşbəxt hiss edirəm. Bəli, bizi qarşıda olduqca çətin iki qarşılaşma gözləyir. Buna baxmayaraq, Azərbaycan millisi istənilən rəqibdən xal almağa qadirdir. İnşallah, hər iki görüşdə uğurlu nəticə qazanıb azarkeşlərimizi və xalqımızı sevindirərik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30