20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Milinko Pantiç fəryad etdi

"Belə oyundan sonra sevinə bilmərəm. 2-0 irəlidə olan zaman rəqib hesabı bərabərləşdirdi. 90 dəqiqə ərzində bəxtimiz gətirmədi. Futbolçularım sona qədər mübarizə apardı".Futbolxeber.az-ın məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç deyib. Pantiç hakimlikdən gileylənib: "Növbəti dəfə həm mən, həm də yetirmələrim soyunub-geyinmə otağına girəndən sonra hakimlikdən narazılıqlarını bildirdilər. Dedilər ki, biz nə edək ki, hakimlik normal olsun?. İdmançıyam, Azərbaycanın futboluna fayda vermək üçün bura gəlmişəm. Çox pis oluram ki, soyunub-geyinmə otağında 28-30 yaşlı futbolçularım mənə deyirlər ki, nə vaxta kimi bu belə davam edəcək? Nə edək ki, bizə qarşı belə münasibət olmasın? Bura gəldiyim ilk gündən bəri hamı ilə yaxşı münasibətdə olmağa çalışıram. Bilmirəm nələr baş verir, günahım nədir? Bəlkə də keçmişdən bizim kluba qarşı nəsə qalıb? Həmişə futbolçularıma deyirəm ki, meydanda hakimə dəstək olsunlar, kömək etsinlər. İnsanıq, səhv ola bilər hər şeydə. Artıq kifayətdir, bilmirəm nə deyim, günah nədədir, səbəb nədir? Bu şeyləri bilmirəm. İşləyirik, məşqlərimizi davam etdiririk, hazırlaşırıq, sona qədər mübarizə aparırıq, amma bilmirəm nədir? Öz oyunçularımla fəxr hiss duyuram, nələri var idi bu gün meydançada qoydular. AZAL-ın qapıçısını da təbrik etmək istəyirəm. Həyatının ən yaxşı oyununu oynadı. Bundan yaxşı, məncə, mümkün deyil. Çempionat irəlidədir. İlk dövrədə AZAL-a məğlub olmuşduq. Bu gün heç-heçə elədik, 1 xal qazandıq, onlar da xal itirdi. Həm mən, həm də komandam sona qədər mübarizə aparacağıq, sona qədər futbol oynayacağıq. Heç nəyə baxmayaraq, üzümü hakimlərə tutub deyirəm ki, sona kimi onların dostu olacam, yaxınlıq edəcəm. Qalanları öz işidir, nə istəyirlər etsinlər. Elxan bu gün ilk oyununu keçirdi, çox yaxşı oynadı, yaxşı futbolçudur. Gələcəkdə də bir sıra gənc futbolçulara şans verməyi düşünürəm. Azərbaycan futbolundakı istedadları üzə çıxarmağa çalışacağam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30