24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Xodukin: "Milli komandaya kömək etmək istəyirik"

 

“İnter” Uşaq Gənclər Futbol Məktəbinin inkişaf layihəsinin rəhbəri Valentin Xodukin sayca ikinci dəfə keçiriləcək İBAR CUP turniri barədə fikirlərini klubun rəsami saytına açıqlayıb: “Məlum olduğu kimi, 2016-cı idə Azərbaycanda U-17 milli komandaları üçün Avropa Çempionatı keçiriləcək. Bizim məqsədimiz yığma komanda üçün ehtiyat futbolçular hazırlamaqdır. Biz futbolçularımızın səviyyəsini yoxlamaq və bununla da milli komandaya kömək etmək istəyirik. Bundan başqa, bu turnir Avropanın müxtəlif ölkələrinin futbolçularının hansı oyun tərzinə üstünlük verdiklərini izləmək üçün də böyük imkandır. Turnirin çoğrafiyası kifayət qədər genişdir, burada Avropanın qərb, şimal və şərq bölgələrindən olan komandalar var. Biz çox şeyin şahidi olacağıq və bu klublardan nəsə öyrənəcəyik və öz işimizdə tətbiq etməyə çalışacağıq.
 
Azərbaycan Beynəlxalq Bankın əsas funksiyalarından biri ölkənin ictimai həyatında fəal iştirak etməkdən ibarətdir. Beləliklə,daha çox uşaq idmana, futbola cəlb olunur. Mən hesab edirəm ki, belə turnirlər uşaqların futbola və sağlam həyat tərzinə cəlb olunmalarında böyük rol oynayır.
Xoşdur ki, turnir daimi status aldı. Etiraf edim ki, biz Avriopanın bir çox klubuna müraciət etmişik və turnirdə iştirak etmək istəyənlərin sayı çoxdur. Ötənilki turnir kifayət qədər uğurlu oldu. Düşünürəm ki, bizim turnir futbolsevərlər üçün yaxşı hədiyyə olacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30