25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Yalnız bu halda, Foqtsla müqavilə uzadıla bilər"

İdman Araşdırmalar Mərkəzi Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki çıxışı barədə rəy hazırlayıb. Futbolxeber.az-ın məlumatına görə, rəydə millimizin seçmə mərhələsindəki çıxışından başqa, baş məşqçi Berti Foqtsun komandada qalıb-qalmayacağı ilə bağlı məsələlərə toxunulub. 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan milli komandasının topladığı xallar baxımından əvvəlki seçmə mərhələlərə nəzərən müsbət dinamika oldu. Baş məşqçi Berti Foqtsun rəhbərliyi ilə Azərbaycan milli komandası üst-üstə 3 seçmə mərhələdə xal sayını 5-dən 7-yə, 7-dən 9-a olmaqla ədədi silsilə ilə artırdı. Nəticədə 10 oyundan 9 xal toplayan millimiz rekord göstəriciyə imza atdı. Digər müsbət məqam əvvəlki seçmə seçmə mərhələlərdən fərqli olaraq, səfərdə nisbətən güclü rəqiblərlə oyunlarda xalların qazanılması ilə bağlıdır. 9 xaldan 3-ü İsrail, Şimali İrlandiya və Lüksemburqla səfər qarşılaşmalarında əldə olundu. Cəmi 3 oyunda yenilməsi, o cümlədən yalnız 1 dəfə böyük hesabla uduzması, Rusiya ilə son oyunda azlıqda qaldığı halda qol vurmağı bacarması kimi amilləri də yığmamızın aktivinə yazmaq olar. Bunlarla yanaşı, ötən tsikldə 2 qələbə qazanmış millimizin bu dəfə 1 qələbə ilə kifayətlənməsi heç də yaxşı hal deyil. Yığmamızın Portuqaliya və Rusiya kimi güclü rəqiblərlə oyunlarda ultra-müdafiə futbolu sərgiləyərək, sırf az qol buraxmaq və ya bəxtə arxayın olub heç buraxmamaq üçün oynaması da təqdir edilə bilməz. Ən əsası, komandamız İsrail, Şimali İrlandiya və Lüksemburq millilərinin qeyri-sabit çıxışlarından daha yaxşı yararlanaraq, 3-cü yeri tutmağa çalışmalı, heç olmasa, özündən əvvəlki İsraillə xal fərqinin 5-ə çatmasına imkan verməməli idi. İstənilən halda, toplanılan 9 xal, qrupda 4-cü yer və seçmə mərhələnin yekunundan sonra açıqlanan FİFA reytinqində 88-ci pillə 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsinin püşkatması zamanı Azərbaycanın daha yüksək reytinqli komandalarla eyni səbətdə yer almasına imkan verəcək. Bu isə növbəti seçmə seçmə mərhələdə nisbətən zəif reytinqli komandalarla eyni qrupa düşərək, daha çox xal toplamağa şərait yarada bilər. Hazırkı heyətdəki futbolçuların yaş dövrü və növbəti qitə çempionatının final mərhələsində 16 deyil, 24 komandanın mübarizə aparacağı faktı millimizin seçmə qrupda ilk “3-lüy”ə düşərək, Fransaya vəsiqə şanslarını artırır. İdman Araşdırmalar Mərkəzi hesab edir ki, Azərbaycan millisinin növbəti seçmə mərhələdə hədəfi dəyişilməli, komandamızın qarşısına təkcə daha çox xal toplamaq yox, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulmalıdır. Yalnız bu vəzifənin öhdəsindən gəlməyə özünü hazır sayacağı halda, Berti Foqtsla müqavilə uzadıla bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30