18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Qarabağ"ın futbolçusu 4 oyunluq cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə , əvəzedici heyətlərin IX turunun “Rəvan” - “Xəzər Lənkəran” matçında “Rəvan” klubunun 4, “Xəzər Lənkəran” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klublar 500 manat cərimə olunub. Oyunun 60-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun məşqçisi Məhərrəm Bağırzadə hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klub 2500 manat cərimə olunub. Əvəzedici heyətlərinin IX turunun “Qəbələ” - “Neftçi” matçının 77-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 1000 manat cərimə olunub. Əvəzedici heyətlərinin IX turunun “Qarabağ” - “Bakı” matçının 85-ci dəqiqəsində “Qarabağ” klubunun 17 №-li futbolçusu Təmkin Xəlilzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Bakı” klubunun 18 №-li futbolçusu Ülvi Süleymanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub. Azərbaycan I Divizionunun IV turunun MOİK - “Energetik” matçında “Energetik” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 70-ci dəqiqəsində MOİK klubunun 10 №-li futbolçusu Ramil Əliyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 70-ci dəqiqəsində “Energetik” klubunun baş məşqçisi Sahib Qocayev rəqib futbolçunu təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün baş məşqçi 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub. Azərbaycan I Divizionun IV turunun “Şahdağ” - “Neftçala” matçının 86-cı dəqiqəsində “Neftçala” klubunun 85 №-li futbolçusu Rüfət Musayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Şahdağ” klubunun 3 №-li futbolçusu Vüqar Asəliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub. Azərbaycan I Divizionunun IV turunun “Karvan” - “Şəmkir” matçının 82-ci dəqiqəsində “Şəmkir” klubunun 9 №-li futbolçusu Anar Rzayevlə “Karvan” klubunun 14 №-li futbolçusu Fuad Əliyev biri-birini təhqir etdiklərinə görə birbaşa qırmızı vərqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 3 oyunluq cəzalanıb, klublar 200 manat cərimə olunub. Azərbaycan I Divizionunun IV turunun “Bakılı” - “Ağsu” matçında “Ağsu” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Azərbaycan I Divizionunun IV turunun “Lokomotiv” - “Qaradağ Lökbatan” matçının 70-ci dəqiqəsində “Lokomotiv” klubunun 7 №-li futbolçusu Tural Qürbətov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub. Azərbaycan I Divizionun V turunun “Şəmkir” - “Kəpəz” matçının 64-cü dəqiqəsində “Şəmkir” klubunun 6 №-li futbolçusu Elmar Əhmədovla “Kəpəz” klubunun 12 №-li futbolçusu Ramil Kərimovun bir-birini təhqir etdiklərinə görə birbaşa qırmızı vərqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 3 oyunluq cəzalanıb, klublar 200 manat cərimə olunub. Azərbaycan I Divizionun V turunun “Qaradağ Lökbatan” - “Şahdağ” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 62-ci dəqiqəsində “Şahdağ” klubunun 12 №-li futbolçusu Məhəmməd Hüseynov qeyri-idman hərəkətinə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub. Azərbaycan I Divizionunun V turunun “Ağsu” – MOİK matçında MOİK klubunun 4 klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30