20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Kristian Torres: "Neftçi"ni udsaq, iddiamız çox güclənəcək"

 

"Bəxtsizlikdən "Qarabağ"a qoşulan kimi zədələndim. Hardasa 2 ay meydandan kənarda qaldım. Sağ olsun komanda yoldaşlarım. Həm məşqçilər, həm də futbolçular daim mənə dəstək oldular". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Kristian Torres deyib.

Torres klubun rəsmi saytına verdiyi açıqlamada qarşıdakı "Neftçi" ilə oyundan da söz açıb: "Qəbələ" ilə vacib görüşdə start heyətində meydana çıxmağım bir qədər həyəcanverici olsa da, oyunun gedişində tezliklə bu problemi aradan qalxdı. Sevindirici haldır ki, qələbə qazana bildik. Uşaqlarla sona qədər mübarizə aparaq lazımı nəticəni qazana bildik. İndi bizi qarşıda "Neftçi"ylə oyun gözləyir. "Ağ-qaralar" olduqca yaxşı futbol oynayır. Amma bizim də hədəfimiz bəllidi. "Neftçi"ni udsaq, iddiamız çox güclənəcək. Qələbə "Neftçi"dən çox bizim üçün vacibdir. 3 xal fərqin 3-ə qədər azalması deməkdir. "Neftçi"ylə oyunda meydanda olmaq istərdim. Amma buna baş məşqçimiz qərar verir. Komandamızda hər mövqedə inanılmaz rəqabət var. Bu şübhəsiz, komandamızın xeyrinədir. İnanırıq ki, sonda istədiyimiz nəticəni qazana bilərik. Bizim buna potensialımız çatır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30