20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Simurq" "Xəzər Lənkəran" önünə ciddi itkilərlə çıxacaq

Premyer Liqanın 2013/14 mövsümünün II dövrəsinin ilk matçında “Simurq” "Xəzər Lənkəran"ı qonaq edəcək. Futbolxeber.az-ın məlumatına görə, matça gündə iki dəfə olmaqla hazırlıqları davam etdirən Georgi Çixradzenin yetirmələri "Şəfa” stadionunda növbəti məşqinə çıxıb. Lənkəran təmsilçisinin qarşısına ciddi itkilərlə çıxacaq "sarı-qaralar", buna baxmayaraq, bu görüşdə də məğlubiyyətsizlik seriyasını davam etdirmək niyyətindədir. Hazırda turnir cədvəlinin altıncı pilləsində qərarlaşan Zaqatala təmsilçisinin bu mövsüm "Xəzər Lənkəran"la səfərdəki görüşü qolsuz heç-heçə ilə başa çatmışdı.

Qeyd edək ki, "Simurq"-"Xəzər Lənkəran" qarşılaşması "Bayıl Arena"da keçiriləcək. Oyun oktyabrın 19-da, saat 17:00-da start götürəcək. Bu görüşdə kapitan Ruslan Poladov sarı vərəqə limitini keçdiyindən, İlin Qırtımov və Draqan Çeran isə qırmızı vərəqə cəzalısı olduğundan forma geyinə bilməyəcək. Rövşən Əmiraslanovun isə zədəsinin tam sağalmadığından komandasına kömək edə bilməyəcək.    




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30