18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Səmədov bizim fəxrimizdi! (YAZI)

ALEKSANDRI SÖYƏNLƏRƏ CAVAB...

...VƏ YA SƏMƏDOVU, QƏMBƏROVU, ŞEYDAYEVI SÖYƏNLƏR, ŞIROKOVA BAXIB, NƏTICƏ ÇIXARIN

Aleksandr Səmədovu “yıxıb-sürüyülər”. Rusiya millisini seçdiyinə görə. Düzgün yanaşmadı? Məncə yox. Birincisi, Səmədov bura gəldi, məşqdə ona geymək üçün iylənmiş "naketka" verdilər, dedilər ki yesən də xiyardı, yeməsən də. Səmədov Rusiyanı seçibsə, onu söyənlərə bir sual vermək istərdim. Tutaq ki, Bakıda işləyib, 500 manat qazanırsız ayda. Moskvada sizə kimsə ayda 5 min maaş versə, gedib işləməyəcəksiniz? Yoxsa, deyəcəksiniz ki “biz patriotuq, aclıq olsun, vətən olsun?” Onda Moskvada yaşayan azərbaycanlıların hamısı satqındı da. Bakını qoyub, gedib orda işləyirlər. Satqınlar!

Hər kəsin fikrinə hörmətlə yanaşıram, bu da mənim fikrimdi. Təbii ki Səmədov Azərbaycanı seçsəydi, daha yaxşı olardı. Amma Rusiyanı seçib deyə onu söymək lazım deyil. RUSLAN ABIŞOV DEDİYİ KİMİ, SƏMƏDOV BİZİM FƏXRİMİZDİ! İndi Səmədovu söyməkdənsə, gedib Şeydayev və başqalarını gətirsin deyə AFFA-nın boğazından yapışmaq lazımdı. Yoxsa, 5-6 ildən sonra Şeydayev və başqaları da “xalq düşməni” elan olunacaqlar.

Çoxları bilmir, Səmədov kimi Rusiya millisində forma geyən Kombarov (əslində Qəmbərovdu) qardaşlarının da ataları əslən Azərbaycandandı. Sadəcə olaraq, o erkən rəhmətə geydiyindən bu məsələdən çoxları məlumatsızdı. Bunu vaxtı ilə Qəmbərovları yetişdirən  “Dinamo” ilə yaxşı əlaqələri olan, Moskvada yaşayan gəncəli “Qusi” (adı Hüseyn olsa da, soyadını xatırlamıram) söyləmişdi. İndi belə çıxır ki, Səmədovu söyənlər, həm də Qəmbərovları söyməli, sabah da Şeydayev və başqalarını söyüb, fitə basmalıdır? Bəsdirin, özünüzü güldürməyin.

Səmədov vaxtında Azərbaycanı seçsəydi, bu gün indiki səviyyəyə çata bilməzdi. Aleksandr gələcəyini düşünüb, belə edib. Heç kim göz görə-görə özünü uçuruma atmaz.O, "qırmızı" pasport var, yaman qüdrətlidi. Onunla "yaşıl" pasportun fərqini (Rusiya və Azərbaycan vətəndaşı olmağın fərqini) Moskva demirəm, bircə dəfə Binə hava limanında növbəyə duranlar yaxşı bilir. Pasportun "yaşıl"dısa, "ə, gözlə", yox pasportun "qırmızı"dısa, "buyurun keçə bilərsiniz" cavabını eşidəcəksiniz.

Aleksandr Səmədovun necə oğlan olduğunu, ay onu söyənlər - gedin, Rusiya millisinin üzvlərindən soruşun. 2 il əvvəl Rusiya millisinin aparıcı üzvü olan Roman Şirokovla bəndəniz onun doğma şəhəri Dedovskda tanış olmuşdu. Söhbət əsnasında ondan Aleksandr Səmədov, Emin Mahmudov haqda soruşdum. Mahmudovu tanımasa da, Səmədov haqda ancaq xoş fikirlər səsləndirdi.

Haşiyəyə çıxaraq Şirokov haqda bir məlumatı da deyim ki, “Zenit”in və Rusiya millisinin aparıcı üzvü mütəmadi olaraq avrokuboklarda oynamasına baxmayaraq, 1 aydan, ən geci 2 aydan bir, vaxt tapıb, doğma, kiçik Dedovsk şəhərinə yollanır, keçmiş dostları ilə birgə futbol oynayır, onlarla insana, ən əsası azyaşlılara böyük sevinc bəxş edir. Görəsən, bizim hansı futbolçumuz belə edir?

Elman MƏHƏRRƏMOV

P.S. Kimsə düşünməsin ki, rusları tərifləyirəm, yox, olanı, gördüyümü, bildiyimi, düşündüyümü yazdım. Müqayisə aparmaq isə sənin işindir, hörmətli oxucu. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30