24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Son 4 ildə ən yaxşı “Bakı”

 

Topaz Premyer Liqasının XXIV turunda “Simurq”la səfər oyununda 1:0 hesabı ilə qalib gələn “Bakı” 2013-cü ildəki məğlubiyyətsizliyini davam etdirib. Futbolxeber.az-ın məlumatına görə, paytaxtın eyniadlı təmsilçisi bu il keçirdiyi 9 qarşılaşmada yenilməyib. Bakılılar 7 çempionat və 2 kubok qarşılaşmasında 4 qələbə qazanıb və 5 heç-heçə edib. Bojidar Bandoviçin yetirmələri bu görüşlərdə 14 top vurub və öz qapısından 6-nı buraxıb.
 
“Bakı” sonuncu dəfə ötən il dekabrın 22-də “İnter”lə çempionat matçında uduzub – 0:1. Həmin səfər yenilgisindən sonra davam edən seriya isə artıq rekord həddə çatıb.
 
Bu, “Bakı”nın son 4 ildə ən uğurlu seriyasıdır. 2008/09 mövsümündə Azərbaycan çempionu adını qazanan paytaxt klubu ondan sonra heç vaxt indiki kimi uğurlu çıxış etməyib. “Altılıq” sisteminə keçiddən sonrakı 4 mövsümdə ən yaxşı halda ardıcı 8 oyun uduzmamışdı. Bu seriya 2010-cu ilin əvvəlinə təsadüf etmişdi. İndi isə 9 oyunluq seriya ilə çempionluqdan sonra ən yaxşı göstərici əldə edildi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30