18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Rusiyaya asan təslim olmayacağıq" (Müsahibə)

Milli komandamızın üzvü Ruslan Abışov formasını geydiyi "Rubin"in rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Ruslan, seçmə mərhələnin son oyununda oktyabrın 15-də Rusiya millisi ilə qarşılaşacaqsınız. Bu oyun sizin üçün prinspial xarakter daşıyır?

- Mən belə deməzdim. Ancaq doğma meydanda qələbə qazansaq, xalqımız çox sevinər. Şimali İrlandiya üzərindəki qələbədən sonra Rusiya ilə oyuna yaxşı əhval-ruhiyyədə çıxacağıq. Azərbaycanda bu oyuna böyük maraq var. Əgər Rusiya ilə heç-heçə oynasaq, bu bizim üçün yaxşı nəticə olar.

- Qrup lideri olan bir komandanı məğlub etməyi planlaşdırmırsınız?

- Əlbəttə, biz Rusiya millisinə hörmətlə yanaşırıq. Nə də olmasa, qrup lideridir. Ancaq biz öz meydanımızda yalnız qələbəyə oynayacağıq. Bu oyuna yaxşı köklənəcəyik, ona görə də rəqibə asan təslim olmayacağıq.

- Millinin lideri olmaq və bunun sayəsində klubunda oyun təcrübəsi qazanmaq necədir?

- Bu asan deyil. Yaxşı və təcrübəli futbolçulardan təşkil olunmuş komandamız var. Xalqımız öz həmvətənlərinin çıxış etdikləri klubları yaxından izləyir. Çoxları soruşur: "Ruslan "Rubin"də niyə oynamır?". Bu futboldur. "Rubin"də güclü futbolçular çoxdur. Bunu yaxşı başa düşürəm, məşq edirəm və öz şansımı gözləyirəm.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30