19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

AZAL "Qarabağ"ı məğlub etdi

"Qarabağ" Premyer Liqada yaranmış fasiləylə əlaqədar AZAL-la yoxlama oyunu keçirib. Futbolxeber.az-ın məlumatına görə, Ağdam klubu "təyyarəçilər"lə matça bu heyətlə çıxıb: Fərhad Vəliyev, Təmkin Xəlilzadə, Namiq Yusifov, Eltun Yaqublu, İlqar Qurbanov, Eltun Turabov, Toğrul Bilallı, Muarem Muarem, Reynaldo, Corc Leroy, Kapalonqo.

Qurban Qurbanov son müdafiəçinin olmamasına görə Namiq Yusifovu müdafiənin mərkəzinə çəkmiş, əvəzində meydanın mərkəzində 16 yaşlı Elton Turabova şans vermişdi.

Oyunun ilk yarısında "Qarabağ" 2 dəfə qola yaxın olsa da, ev sahibləri şanslarından maksimum yararlandı. Cavid Tağıyev və Viktor İbekoyi komandasını fasiləyə üstün yollanacaq qollara imza atdılar.

2-ci yarı başlar-başlamaz AZAL Ağayevlə 3cü qolu vursa da, "Qarabağ"  Reynaldo və Kaponun vurduğu qollarla hesab arsındakı fərqi minimuma endirdi. Bundan sonra oyunda başqa qol vurulmadı. Qeyd edək ki, görüşün 2-ci yarısında Qurban Qurbanov bir neçə gəncə meydana çıxma şansı verib.


qarabagh.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30