25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Simurq" mənə o şərəfi veribsə..." (Müsahibə)

Bu günlərdə "Simurq"un rəsmi saytı azərkeşlərlə yeni əməkdaşlığa başlayıq. Belə ki, mövsüm ərzində fanatların sualları əsasında klubun futbolçularından müsahibələr götürüləcək. İlk seçim isə komandanın kapitanı Ruslan Poladov olub. Təcrübəli futbolçu ona karyerası, Azərbaycan futbolu və “Simurq” haqqında ünvanlanmış suallara maraqlı cavablar verdi. Həmin müsahibəni təqdim edirik:

Rüstəm Allahverdiyev: Mənim üçün həmişə futbolçuların ləqəbləri maraqlı olub. “Simurq”da kimlərin ləqəbləri var?

- Komandada eledə çox ləqəbi olan futbolçu yoxdur (gülür). İlkin Qırtımov - “Kətə”, Məhərrəm Hüseynov - “Qara”, Rəşad Eyyubov - “Zidan”, komandadakı Rüstəmlər - “Adaş”, Pavel Kapsa - “Kekebeşnik”.

Rəsul Tatarov: Milliyə çağırış olsa, nə qərar verərdin?

- Belə bir dəvət gəlsə, demək məsləhət bilib çağırıblar. Əlbəttə, yığma komandanın formasın geyinmək hər bir futbolçu üçün şərəfli bir vəzifədir. Mən də çalışaram ki, üzərimə düşən işin öhdəsindən lazımı səviyyədə gəlim.

Ceyhun Əfəndiyev: Ruslan qardaş, sənin “Simurq”da oynamağının səbəbi nədir?

- Bu suala belə cavab verərdim ki, bu komandada oynamağımın səbəbi, “Simurq”la mənim maraqlarımın üst-üstə düşməyidir. Komandamın bu günkü məqsədləri ilə mənim məqsədlərim eynidir.

Yusif Abbaszadə: Ruslan komandada mənim fikrimcə ən intizamlı futbolçudur. İlk öncə buna görə ona azarkeş olaraq təşəkkür edirəm. Bundan sonra da belə davam eləməyini istədiyimi bildirirəm. Sualım isə belədir: Ruslan əgər bu gün seçim etməli olsa, köhnə komandalarından “Xəzər Lənkəran”ı,, yoxsa hazırda kapitanı olduğu “Simurq”u seçərdi? Hansı komandada futbol həyatını davam etdirmək istəyərdi?   

- Hal-hazırda “Simurq” mənə o şərəfi veribsə ki, mən burda forma geyinim, əlbəttə ki, Zaqatala təmsilçisin seçərdim. Hansı komandada davam etdirməyim baxır gələcək təkliflərə. Onları sonra dəyərləndirmək mümkün olar. Hamı istəyər ki, ən yaxşı, onun ehtiyaclarına cavab verə biləcək komandalarda forma geyinsin.

Ceyhun Deff : Ruslan, sən özünü 10 ildən sonra harda və necə görürsən və ya görmək istərdin?

- Yəqin ki, həmin vaxt artıq futbolçu karyeramı başa vurmuş olacam. Bundan sonra isə məşqçi kimi  yola davam etmək arzusundayam. Hər şey insanın istəyi ilə deyil. Allah qismət eləsə hansısa klubda məşqçi kimi yoluma davam eləmək arzusundayam.

Rəşad Əliyev: Ən binici hansı komandada debut edib? 

- Yüksək liqada Sumqayıtın “Xəzər” klubunda.

Bəhruz Cəfərov: Karyeran ərzində ən çox xoşladığın oyun və qol hansı olub?

- Qol “Gənclərbirli”yində forma geyinərkən İmişlinin “Lokomotiv”ın qapısından keçirdiyim. Oyun isə təvəzzükarlıqdan uzaq olsa da, onu deyə bilmərəm ki, hansı oyun olub. Bir çox görüşü qeyd edə bilərəm. Ancaq “Birlik Kuboku”nda “Xəzər Lənkəran”ın heyətində olarkən “Paxtakor”la qarşılaşmanı xüsusi qeyd edərdim.

Kənan Şəkərov: Ruslan özünü bu il “Simurq” forması ilə Avropada görürmü? Hə va ya yox?

- Hər bir futbolçunun qarşısında məqsəd varsa, əlbəttə ki, görməlidir.

-Tərlan Zəlixov: Zaqatalada oynadığın üçün peşman deyilsən?

- Əlbəttə, yox.

Qabil Xürşüdov: Bilmək istərdim ki, Ruslan Zaqatala üçün darıxırmı?

- Çox darıxıram. Orda daha rahat oluruq və oyunlara daha yaxşı hazırlaşa bilirik.

Ülvi Həsənov: Top neçə bucaqlıdır?

- Topun neçə bucaqlı olması əsas deyil. Ən önməlisi odur ki, o topu rəqib qapısından keçirəndən sonra, onlara dünyanın neçə bucaqlı olmasını göstərəsən.  

Eldar Qardaşov: Təcrübəli futbolçu olaraq cavan futbolçulara, gələcək nəsillərə nə deyərdiniz?

- Heç bir çətinlikdən, əziyyətdən qorxmamalıdırlar. Bütün diqqətlərini məşqlərə verib, yüksək nəticələrə nail olmaq üçün çalışmalıdırlar. Əgər qarşılarına məqsəd qoyublarsa, bunun üçün sona qədər mübarizə aparmalıdırlar. Heç bir idmanda pik nöqtə yoxdur. Ən yüksək zirvənin belə üzərinə çıxmaq üçün çalışmaq lazımdır.

Süleyman Qazıyev: Ruslan Poladova görə Zaqatala azərkeşinin özəlliyi nədir?

- Hesabın necə olmasından asılı olmayaraq komandanı sona qədər dəstəkləmələri. Heç bir vaxt bizi tək buraxmamaları.

Rəşad Biləndərov: Keçən ilki komandayla, bu ilki heyəti müqayisə etsən hansı daha üstündür? Sizcə, “Simurq” bu il necənci pilləni tutacaq?

- Heç bir zaman müqayisəni xoşlamamışam. Çünki kiminsə haqqını yemək, kimisə kimdənsə üstün tutmaq mənim xasiyyətimə uyğun deyil. Ona görə də, deyərdim ki, mövsümün sonunda komandanın göstərəcəyi nəticəyə uyğun olaraq, əldə edilmiş nəailliyətə görə hansı komandanın güclü olduğu gözə çarpacaq. Ancaq bir şeydə var ki, ötən mövsüm çempionat tam fərqli formatda idi, bu il isə başqa formadadır. Bu baxımdan ötən ilki ilə, bu ilkini fərqləndirməkdə düzgün olmazdı. Əlbəttə ki, məqsədimiz hər zaman çempion olmaq, ilk yerlərdən birini tutmaqdır. Biz maksimumu fikirləşmələyik və bunun üçün mübarizə aparmalıyıq ki, ən azından Avroliqaya vəsiqə qazanaq.

Turik Əlizadə: Səncə komanda daxili əm paxıl oyuncu kimdir? Amma tək ad... 

- Əgər futbol baxımından nəzərdə tutulursa, hal-hazırda Rəşad Eyyubovla, Salif Ballo.

Fərid Qarazadə: Ona görə Azərbaycanın ən böyük klubu hansıdır? Tam cavab və tək ad...

- Əlbəttə ki, tarixə baxsaq “Neftçi”. Bunu hazırkı çempionata və neçə dəfə çempion olmasına görə demirəm. “Neftçi” ənənələri olan və Azərbaycan futboluna böyük uğurlar qazandırmış klubdur.

Maki S-off: Komandada ən yaxşı oyuncu kimdir?

- Yenə qeyd etmək istəyirəm ki, nəyisə və kimisə müqayisə etməzdim. Futbol kollektiv oyundur. Belə deyim də, bizdə hər bir futbolçunun öz payı var. Bu səbəbdən də, kimisə fərqləndirməzdim. “Simurq”un oyun tərzidə elədir ki, komandada seçilmiş, konkret lider yoxdur. Hər kəs nəticə qazanmaq üçün öz məqsədini qoyub ortaya. Buradada kiminsə güclü, kiminsə zəif olduğunu demək olmaz. Ancaq belə heyətə baxanda səviyyəli futbolçularımız var və yetəri qədərdir. Misal üçün qapıçımız Pavel Kapsanı göstərərdim ki, öz mövqeyində Azərbaycanda hazırda ən yaxşılardan biridir. 

Rüfət Hüsynli: Azərbaycanda oynamaq rahatdır, yoxsa hər hansı xarici ölkədə və niyə?

- Çepionatların səviyyəsi baxımından baxsaq, xarici ölkələrin bir çoxu bizdən üstündür. Ancaq Azərbaycanda oynamaq ona görə rahatdır ki, ölkənin mentalitetin, adət-ənənələrin, futbol üslübun bilirsən. Xaricdə oynamaq isə nə qədər çətin olsada, bir futbolçu üçün şərəfdir. Çünki Azərbaycanı, öz xalqını təmsil edirsən. Azərbaycan futbolunu hansısa bir ölkədə təmsil etmək və geri döndükdə gördüklərivi, öyrəndiklərivi, yaşadığın hissləri paylaşmaq, burada tətbiq etmək, onları gələcək nəsillərə öyrətmək, milli komandada onu daha yüksək səviyyədə göstərmək əlbəttə ki, lazım olan bir işdir. Bizim futbolun buna ehtiyyacı var. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30