19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Norveçlə oyunun qəhrəmanı Futbolxeber.az-a danışdı

"OYUNUN HƏLLEDİCİ ANI MƏNİM PENALTİ QAYTARDIĞIM EPİZOD YOX..."

21 yaşadək futbolçulardan ibarət milli komandamızın qapıçısı Andrey Popoviç Futbolxeber.az saytına müsahibə verib.

- Norveçə qarşı keçirilən oyun haqda nə deyə bilərsən?

- Oyun çox çətin alındı. Bütün gərginliyə baxmayaraq, biz əla çıxış etdik. Təbii ki qələbə qazandığımız üçün çox şadıq. 

- İsraildən səfərdə alınan böyükhesablı yenilgidən sonra çoxları millimizin Norveçdə uğur qazanacağına inanmırdı. Amma komanda səfərdən 3 xalla döndü. Həmin oyunla müqayisədə komandada nə dəyişmişdi?

- Ciddi bir dəyişiklik yox idi. Sadəcə olaraq, biz öz məsuliyyətimizi çox yaxşı dərk edirdik. Bilirdik ki, həmin biabırçı nəticədən sonra toparlanıb, Norveçi məğlub etmək lazımdı. Bunun da öhdəsindən gəldik.

- Əksəriyyət bu oyunun qəhrəmanı qismində səni görür. Hətta komanda yoldaşların da bildiriblər ki, sən penaltini dəf etdikdən sonra onlarda ruh yüksəkliyi yaranıb...

- Əvvəla bizim üçün yaxşı cəhət o idi ki, ilk hissədə qapımızı toxunulmaz saxladıq. Düzdür, ikinci hissədə rəqib hesabı açdı. Bununla belə, tez də cavab qolu vurduq. Hesab edirəm ki, oyunun həlledici anı mənim penalti qaytarmağım yox, hesabı erkən bərabərləşdirməyimiz oldu. Çünki Norveç bunu heç gözləmirdi. Qoldan sonra da özlərini itirdilər.

- Penaltini qaytardığın epizodu necə təsvir edə bilərsən?

-  Özlüyümdə sağa tullanmağı düşünürdüm. Ağabala Ramazanov da dedi ki "sağa vuracaq". O cümlədən Lippert də həmçinin qışqırdı ki "sağa tullan". Beləcə, zərbəni dəf etdim.

- Lippert oyundan sonra nə dedi?

- Xüsusi heç nə söyləmədi. Bizim hər birimiz kimi o da qələbə qazandığımız üçün çox şad idi. Gözəl oyuna görə komandaya təşəkkür etdi.

- Qələbəni necə qeyd etdiniz?

- Yox, qeyd etmədik. Çünki qarşıda Portuqaliya ilə çətin oyun var. İndi həmin matça köklənmişik. Qələbəni qeyd etməyə vaxtımız yoxdu.

- Portuqaliya ilə oyundan nə gözləyirsən? Bu dəfə də qələbə qazansaq, qrupun vahid lideri olacağıq.

- Portuqaliya qrupda keçirdiyi hər iki oyunu qələbə ilə başa vurub. Aydın məsələdir ki güclüdürlər və Bakıya da qələbə üçün gəlirlər. Amma biz də təslim olmaq fikrində deyilik. İstəyirik ki, onları da məyus edək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30