Ölkə futbolu
Patrik Osiako: “Simurq”da olmaq mənə xoşdur” (Müsahibə)
"Simurq"un futbolçusu Patrik Osiako klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Patrik, necə oldu ki, "Simurq"a gəlməyə razı oldun?
- "Simurq" Avstriyada təlim-məşq toplanışında olarkən mənə təklif göndərdi. Məndə gəldim rəhbərliklə, məşqçi ilə müəyyən şərtləri müzakirə elədim və bundan sonra komandaya gəlməyi qəbul etdim. İstəyirdim ki, Azərbaycan futbolunda da təcrübəm olsun. Bu səbəbdən də, “Simurq”da oynamağa razı oldum və seçimimi etdim.
- Artıq bir neçə vaxtır burdasan. Komandamız səndə hansı təəssüratlar yaradıb?
- Komandamdan çox razıyam. Mənimlə bərabər bu kollektivə yeni futbolçular qoşuldu. Tez bir zamanda bir-birimizə uyğunlaşa bildik. “Simurq” deyərdim ki, inkişaf etmək, irəliləmək üçün ambisiyalıdır, iddialı bir komandadır. Burda olmaq mənə çox xoşdur.
- Bura gəlməmişdən qabaq Azərbaycan futbolu haqqında nə cür məlumatlar yığa bilmişdin?
- Dostlarımdan biri bir vaxtlar burada olub. Ondan bir çox informasiya aldım. O, mənə dedi ki, Azərbaycanda hazırda futbol inkişafdadır. İdmana xüsusi diqqət var. İnsanlarıda çox yaxşıdırlar, mehribandır. Orada heç bir çətinliklə üzləşməyəcəmi bildirdi. Məndə bunlardan sonra Azərbaycan gəlməyə razı oldum və buna görədə peşman deyiləm.
- Azərbaycan çempionatı necə dəyərləndirərdin?
- Ümumiyyətlə hər hansı çempionatı qiymətləndirmək uzun vaxt tələb edir. Çünki hər şeyi addım-addım görürsən, qiymətləndirirsən. Buda liqada iştirak edən futbolçuların səviyyəsindən, infrastrukturundan asılı olan bir şeydir. Hazırkı fikrim isə müsbətdir. Çünki premyer liqada bu dəqiqə hansısa komandanı zəif və ya güclü kimi qiymətləndirmək mümkün deyil. Hər bir klubun heyəti səviyyəli yerli və legioner futbolçulardan qurulub.
- Premyer Liqanı sənin əvvəllər oynadığın liqalardan nəyi ilə fərqlənir?
- Çox fərqliliklər var. Buna qədər Rumıniyada, İsveçdə, İsraildə karyeramı davam etdirmişəm. Deyərdim ki, Azərbaycanda futbol texniki baxımdan daha bacarıqlıdır. Burada futbola yanaşma tərzidə tamam fərqlidir. Meydanın hər bir nöqtəsində sona qədər gərgin mübarizə aparmasan məğlub olan tərəf sən olacaqsan. Buda daha çox fiziki güc tələb edir.
- Geridə qalan turları "Simurq" üçün necə dəyərləndirərdin?
- Sonda uğur əldə etmək istəyiriksə, başlanğıcı yaxşı eləməliydik. Buna deyərdim ki, qismən nail ola bilmişik. İstəyimizə doğru addım-addım yanaşmağa çalışırıq. Qarşıda bizi çempionatın ikinci dövrəsi gözləyir. İnanıram ki, tezliklə bundan sonrakı ev oyunlarımızı Zaqatala keçirdəcəyik. . Çünki hər bir komandanı evində məğlub etmək çətindir. Biz isə son doqquz oyunu demək olar ki, səfərdə keçirmişik və bu nəticəyə nail olmuşuq. Geridə qalan oyunları bu baxımdan normal hesab edirəm. Düzdür Zaqatalada da, Bakıda da olsaq, fərqi yoxdur. Çünki hamısı Azərbaycandır. Biz isə peşəkarıqsa, hər yerdə oynamalıylıq və nəticə qazanmalıyıq.
- Komandaya uyğunlaşa bilmisənmi? Bununla bağlı hansısa çətinliklələr üzləşdin?
- İlk günlər komandaya öyrəşməkdə həqiqətəndə çətinlik çəkdim. Çünki baş məşqçiyə özümü, bacarıqlarımı, necə oynadığımı sübut etməliydim. Ancaq hazırda hər şey qaydasındadır. Burada olmaq və oynamaq artıq mənüm üçün çətin deyil. Məncə hər oyunçu komandada öz yerini tutmalıdır. Bunun üçün isə vaxt lazımdır.
- "Simurq"da keçirilən məşq prossesi səni razi salırmı?
- Düzü komandanın yeni mövsümə hazırlıq prossesinə gec qoşuldum. Məşqçilər korpusu artıq mən gələnə qədər sistemi qurmuşdu. Ancaq bir müddətdən sonra məşqlərdə bacarığımı sübut etdim, pozisiyama uyğun yenidən hazırlıq prossesi keçdim. Buda öz nəticəsin verdi. “Simurq”a işini çox yaxşı bilən və futbolçunu oyuna hazırlaşdıra bilən məqşçilər korpusu rəhbərlik edir. Təbii ki, hər məşqçinində iş prossesi fərqlidir.
- Millinin düşərgəsində olarkən komanda yoldaşların səndən yeni klubun və Azərbaycan haqqında nələr soruşurdular?
- Millli komandada oynamaq hər bir futbolçu üçün fəxrdir. Buna görədə çox sevinirəm. Yığmanın düşərgəsində olarkən əsasən Azərbaycanın necə ölkə olduğunu, insanların xaricilərə qarşı münasibətləri ilə bağlı mənə çoxlu suallar ünvanladı. Mən isə ölkənizin gözəlliyi, inkişafı, insanların mehribanılığı haqqında onlara geniş məlumatlar verdim. Həmçinin “Simurq”la bağlı ilkin təəssüratlarımıda onlarla bölüşmüşdüm.
- Buradakı komanda yoldaşlarınla münasibətlərin necədir? Ən çox kiminlə birlikdə vaxt keçirirsən?
- Ümumiyyətlə, mehriban və əyləncəli adamam. Ona görə də, insanlarla münasibət qurmaqda çətinlik çəkmirəm. Komanda yoldaşlarımla gələndən gözəl münasibət formalaşdırmışam. Yenə qeyd etmək istəyirəm ki, tam öyrəşmək vaxt tələb edir. İstirahət vaxlarında imkan tapdıqca birlikdə çıxıb şəhəri gəzirik, birlikdə əylənirik. Yerli futbolçuların əksəriyyətinin evə getdiyindən, daha çox legionerlərlə birlikdə oluram. Rauldur, Ballodur, Paveldir, Andersondur və digərləri ilə vaxtımızı səmərəli və gözəl keçirməyə çalışırıq.
- Azarkeşlərimiz bu mövsüm “Simurq”dan çox şey gözləyir. Burdan onlara nə deyərdin?
- Bütün azarkeşlər ambisiyalı olur. Komandalarınıın daimə qələbə qazanmalarını istəyirlər. Təbii ki, məndə özümü peşəkar futbolçu hesab edirəm və harda oynamğımdan asılı olmayaraq, oyunumdan zövq almalıyam, razı qalmalıyam və qələbə qazanmaq arzusundayam. Azərkeşlərimiz bir az səbrli olmasını istəyirəm, çünki alışmaq vaxt alır. Onları inandırmaq istəyirəm ki, “Simurq” bu mövsüm çox yaxşı oynayacaq və sonda gözəl nəticə qazanacaq. Onlar komandalarının oyunundan zövq alacaqlar və birlikdə qələbələrimizi bayram edəcəyik. Məndə öz üzərimə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışacağam.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Zirə” və “Birbaşa Bakı”dan növbəti qələbə
- “Ağ-qaralar”ın “Black Friday”i
- Azərbaycan derbisinə sözardı
- Fariz Nəcəfov: “Razı olmaram ki, “Qəbələ”yə görə idman prinsipləri pozulsun”
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- “Qarabağ FK - 30 mövsüm səfərdə” sənədli filminin təqdimatı olub
- ETOPAZ - uduşun təminatı!
- “Zirə”dən alqışlanası addım
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Elxan Məmmədov “Reuters”ə danışdı: “Yeni təcrübə imkanı qazanacaqlar”
- Rövnəq Abdullayev Ağsu şəhər stadionuna baxış keçirib
- Şahin Diniyev: “Nəticə baxımından uduzduq, oyun baxımından deyil”
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Yaşar Seyidov: “Yeni dövlət proqramı futbolun inkişafına zəmin yaradacaq”
-
13:34
Millimizin kapitanı: “Azərbaycan xalqı bizdən nəticə gözləyir”
-
13:15
Ağabala Ramazanov qayıtdı - FOTO
-
12:57
"Sumqayıt"da üzlər gülür FOTOLENT
-
12:39
Azərbaycan minifutbol çempionatı: 1/4 final cütləri müəyyənləşib
-
12:25
Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər
-
12:12
Millimizin üzvü İndoneziya klubunda
-
11:58
Azərbaycan millisi "Qalatasaray"a qalib gəlib
-
11:03
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
-
10:46
Minifutbol çempionatı: pley-offun bütün iştirakçıları müəyyənləşdi
-
10:24
"Zirə"nin hücumçusu Burkino Fasoya qarşı oynadı
-
10:11
Orxan Məmmədov millinin hazırlıq planı ilə tanış olub FOTOLENT
-
09:59
Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib
-
09:47
"Neftçi" "Qəbələ" səfərinə hazırlaşır FOTOLENT
-
09:30
Azərbaycan cüdoçuları Almaniyada təlim-məşq toplanışlarına qatılıblar
-
18:07
“Neftçi”yə lazım olmayan hücumçu "Mölde"də
-
17:51
"Selcan Mahsudovanın uğuru bizi qürurlandırır"
-
17:25
Azərbaycan millisi beynəlxalq turniri 9 medalla başa vurub
-
16:48
Hakimlər üçün seminar keçirilib
-
16:36
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
-
16:19
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
-
16:13
AFFA hakimin şərəf və ləyaqətini alçaldan məşqçini futboldan uzaqlaşdırdı
-
15:54
"Şəmkir"in futbolçusundan baxımlı qol VİDEO
-
15:22
Azərbaycan gimnastı: “Olimpiadaya lisenziya qazanmaq uşaqlıq arzum idi”
-
15:01
Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb
-
14:48
Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
-
14:35
Azərbaycan Voleybol Federasiyası daha bir layihəyə başlayacaq
-
14:17
II Liqada 5 turun oyun cədvəli açıqlandı
-
13:56
PFL rəsmilərinin son durumu açıqlandı
-
12:20
IV Avropa Oyunları İstanbulda keçiriləcək
-
11:49
"Azərreyl"in üzvü: "Hədəfimiz pley-offda uğurumuzu davam etdirməkdir"
-
11:32
Lunyov: “2-5 mövsüm yaxşı səviyyədə oynaya bilərəm”
-
11:14
"Zirə"dən ardıcıl 15-ci qələbə
-
10:51
AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
-
10:28
Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
-
10:03
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
-
09:47
Benzia bu dəfə dubl etdi VİDEO
-
09:30
Gürcüstanın tarixi qələbəsi VİDEO
-
21:24
Millimiz Ukrayna ilə bacarmadı VİDEO
-
18:48
Samir Əliyev: "Mənim yerimdə kim olur-olsun, çətin məsələdir"
-
18:15
Ruslan Əmircanov karyerasını bərpa etdi
-
17:50
U-21 millimiz Ukraynaya da uduzdu
-
14:21
Neymar Alkarasla görüşdü
-
13:57
Ferqyusson “Yuventus” yolunda
-
13:32
Ozobiç: “Şanslarımızdan lazımınca istifadə etsəydik...”
-
13:04
Azərbaycan parataekvondoçuları Özbəkistanda təlim-məşq toplanışı keçirlər
-
12:46
Oçoa mövsümün sonunda klubunu dəyişəcək
-
12:23
“Liverpul”un baş məşqçisi postuna 3 namizəd
-
11:58
“Srvena Zvezda” yenidən Sankt-Peterburqa gedir, bəs “Neftçi”?
-
11:39
UEFA "Qarabağ"ı böyük məbləğdə cərimələdi
-
11:15
Şahruddin Məhəmmədəliyev: “Azarkeş olsaydım, mən də stadiona gəlməzdim”