8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

De Byazi: "Onlar İngiltərə, bizimkilər isə Azərbaycan Premyer Liqasında oynayırlar"

"Yığmalar arasında fərq ondan ibarətdir ki, onların futbolçuları İngiltərə, bizimkilər isə Azərbaycan Premyer Liqasında oynayırlar".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzduqları səfər oyunları barədə İtaliya mətbuatına açıqlamasında deyib.
 
67 yaşlı mütəxəssis bildirib ki, hər iki matçda kifayət qədər yaxşı oynasalar da, məğlubiyyətdən qaça bilməyiblər: "Uduzmağa nifrət edirəm, amma futbolda hər şey ola bilər".
 
İtaliyalı mütəxəssis aprelin 13-də Bakıya qayıdacağını söyləyib.
 
Qeyd edək ki, sabah AFFA İcraiyyə Komitəsinin iclası olacaq və Canni De Byazi milli assosiasiya rəhbərliyinə hesabat verəcək ("Report").



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31