8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Türkiyə millisinin baş məşqçisi Azərbaycanla oyundan danışdı

“Azərbaycan millisinə qarşı keçirdiyimiz oyunlar bizim üçün müsbət nəticələndi. Millətlər Liqasındakı rəsmi oyunlardan əvvəl bizim üçün yaxşı hazırlıq mərhələsi oldu".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri qadınlardan ibarət Türkiyə millisinin baş məşqçisi Necla Güngör Kırağası millimizlə yoldaşlıq oyunundan (0:0) sonra deyib.

"Hər iki qarşılaşmada nümayiş etdirmək istədiyimiz oyun üslubunu sınaqdan keçirdik. Lakin ilk oyunda iki futbolçumuzun zədələnməsi ikinci oyuna daha təmkinli yanaşmağımıza səbəb oldu. İrəli xətdə rəqibi gərginlikdə saxlamaq, hücum bölgəsinə topu daşımaq bacarığımızı görmək baxımından nə kimi çatışmazlıqlarımızın olduğunu müəyyən edə bildik, yoxlamaq istədiyimiz oyunçulara şans vermək imkanı qazandıq. Yüksək qonaqpərvərliyə görə AFFA rəhbərliyinə təşəkkür edirik”, - deyə o bildirib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31