19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"2 il boyunca "Qarabağ"a şərəf və sevgiylə xidmət etdik"

"Qarabağ"ın aşağı yaş qruplarının idari sistemində dəyişiklik baş verib. Futbolxeber.az-ın məlumatına görə, "Qarabağ" aşağı yaş qruplarının  texniki koordintoru Sebahettin Tekin işindən ayrılıb. Türkiyəli mütəxəssis 2 il aşağı yaş qruplarında futbolçu yetişdirilmə işinə nəzarət edirdi. Sebahettin hoca ailə zəminində yaranmış problemlərlə əlaqədar olaraq klub rəhbərliyinə ayrılmaq istədiyini bildirib. Klub rəhbərliyi durumu anlayışla qəbul edərək Tekinin ərizəsini qəbul edib. Sebahettin bəy gedişi ilə bağlı Ağdam klubunun rəsmi internet saytına danışıb: "2 ildir "Qarabağ"da çalışıram. Həqiqətən, burda unudulmayacaq vaxtlar keçirmişəm. 2 il boyunca "Qarabağ"a şərəf və sevgiylə xidmət etdik. "Qarabağ"ın özəl bir klub olduğunu anlamaq üçün burda 1 gün keçirmək belə  kifayətdir. İnanıram ki, "Qarabağ"ın uşaq futbolunun inkişafı üçün nələrsə etməyi bacarmışam. "Qarabağ"da rəhbərlikdən tutmuş ən sıravi işçiyə kimi hər kəs işinə sevgi və məsuliyyətlə yanaşır. Rəhbərlik uğur qazanmaq üçün lazım olan hər bir şeyi etməyə çalışır. Burda olduğum müddətdə ancaq xoş xatirələrim yadımda qalıb. Təəssüf ki, ailəvi səbəblərdən dolayı ayrılmaq məcburiyyətində qaldım. Sağ olsun, məni anlayışla qarşıladılar. Düzdü, artıq buranı tərk edirəm amma hər zaman "Qarabağ"ın azarkeşi olaraq qalacam. "Qarabağ"a hər zaman uğurlar arzulayıram".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30