25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Rəvan”ın oyunlarına getmirdim"

"Mənə vaxt lazımdı. 2,5 il bəlkə də Azərbaycan futbolundakı ən uzunmüddətli müqavilədi. Nəticə qazanmağımız üçün klubun prezidentindən tutmuş ən adi işçisinə kimi hamı birgə çalışmalıdı". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Rəvan"ın yeni baş məşqçisi Şahin Diniyev deyib. Bu gün "Rəvan"ın çalışdırıcısı kimi ilk dəfə medai önünə çıxan təcrübəli mütəxəssis əsas hədəflərinin yaxşı oyun sərgiləmək olduğunu bildirib: "Əsas hədəfimiz yaxşı oyun sərgiləməkdi. Yaxşı oyun olandan sonra, nəticə də olacaq. Yaxşı oyun olmayanda qazanılan nəticələr isə təsadüfi olur. Yaxşı oynamayıb, qalib gəlsək, rəqib həmkarımdan üzr istəyərəm. Kiçik uğurlar bizə lazım deyil. Əsas hədəf gələcəkdə daha böyük uğurlar qazana biləcək kollektiv yaratmaqdı".

Diniyev artıq "Rəvan"ın oyunlarını videoyazısını izlədiyini bildirib: "Sərəncamımda titullu futbolçum yoxdu. Kim daha yaxşı hazırlığa malik olacaqsa, o da oynayacaq. Etiraf edim ki, buna qədər “Rəvan”ın oyunlarına getmirdim. Bununla belə, oyunların videoyazılarına artıq baxmışam”.

QEYD: Foto Azerisport.com saytına məxsusdur




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30