20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Foqts Səlim Müslümovu təkzib etdi: “Bütün vergiləri ödəmişəm”

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vergi ödəmədiyi barədə məsələyə aydınlıq gətirib. Lent.az-ın məlumatına görə, Foqts belə açıqlamaların həqiqətə uyğun olmadığını bildirib. 
O deyib: “Mən bütün vergiləri ödəmişəm. Belə olmasaydı, işçi vizası ala bilməzdim. Mənim AFFA ilə müqaviləm FİFA müqaviləsidir. Orada bütün vergilər nəzərdə tutulub”.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə bildirib ki, hazırda Sosial Müdafiə Fondu ilə danışıqlar gedir. Hər hansı problem olarsa, vergini Foqts yox, AFFA ödəyəcək.
Qeyd edək ki, Berti Foqtsun DSMF-ə ödəmələr etmədiyini fondun sədri Səlim Müslümov açıqlayıb.
 
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30