19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Rəvan" bərpaedici məşqə çıxdı

"Rəvan” futbol klubu Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Turan”ı məğlub etdikdən (6:2) sonra 1 günlük istirahətə buraxılmışdı. Futbolxeber.az-ın məlumatına görə, bazar günü dincələn futbolçular bu gündən məşqləri bərpa etdi.

Saat 16:00-da "Bayıl Arena”da başlayan məşq bərpaedici xarakterli oldu. Futbolçular fiziki hazırlıq üzrə məşqçi Rastislav Svitskinin nəzarəti altında təxminən 1 saat yüngül məşqlər etdi. Ardından kiçik zonalarda topu özündə saxlamağa çalışaraq futbolçular 1 toxunuşlu dəqiq ötürmələr üzərində işlədi. Sonra isə meydanın yarı hissəsində ikitərəfli oyun oldu.

Qeyd edək ki, zədə üzündən "Turan”la matçı buraxan Samuel Barlay da komanda ilə birgə məşqlərdə iştirak etdi. Başqa sözlə, düşərgədə zədəli futbolçu yoxdur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30