9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Kəpəz” - “Qəbələ”: 23-cü duel

Sabah Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq.

Futbolxeber.az saytının məlumatına görə, mövsümün ikinci yarısı XIX turun oyunları ilə başlayacaq. “Qəbələ” yanvarın 24-də “Kəpəz”in qonağı olacaq.

Gəncədə baş tutacaq görüş komandaların 23-cü dueli kimi tarixə düşəcək. “Qəbələ” indiyədək 22 dəfə “Kəpəz”lə qarşılaşıb. Əvvəlki oyunların hamısı Premyer Liqa çərçivəsində baş tutub.

Bu matçlarda üstünlük “Qəbələ”nin tərəfindədir. Aktivində 10 qələbə olan “qırmızı-qaralar” 6 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Komanda top fərqində də öndədir - 29-17. Gəncəlilərlə duellərdə Baqali Dabo və Filip Ozobiç daha çox - hərəyə 3 qol vurub.

Səfərdə 4 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 4 məğlubiyyət alıb. Rəqib meydanında 14 qola sevinən futbolçular 11 top buraxıb.

Qeyd edək ki, yanvarın 24-də Gəncə şəhər stadionunda baş tutacaq “Kəpəz” - “Qəbələ” matçı saat 14:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31