20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Premyer Liqada mövsümün 100-cü qolu

Azərbaycan Premyer Liqasının 2013/14 mövsümündə 100-cü qol vurulub. Futbolxeber.az-ın məlumatına görə, yubiley topunun müəllifi AZAL-ın oyunçusu Qərib İbrahimov olub. IX turun “Simurq”la ev oyununda hesabı açan futbolçu cari mövsümün 100-cü qoluna imza atıb. Belə ki, ilk 8 turda 93 qol vurulduğundan eyni gündə baş tutan I dövrənin son turunda qeydə alınacaq 7-ci top yubiley xarakteri daşımalı idi. Günün 7-ci qol sevincini isə AZAL-ın üzvü yaşayıb.

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu.

Başa çatan I dövrədə isə ümumilikdə 105 qol qeydə alınıb. Baş tutan 45 qarşılaşmada orta məhsuldarlıq 2,33-ə bərabər olub.

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30