20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Abışov: "Şansımı gözləyirəm" (Müsahibə)

Milli komandamızın üzvü, Rusiyanın "Rubin" klubunun şərəfini qoruyan Ruslan Abışov Kazan təmsilçisinin rəsmi saytına müsahibə verib. Abışov ilk öncə Avroliqanın qrup mərhələsinin ikinci turu çərçivəsində Belçikanın "Zulte-Varegem" klubuna qarşı baş tutan matç barədə danışıb:

- Allaha şükür ki, komandamız qələbə qazandı. Hansı ki, bu komandamız üçün çox vacib qələbə idi. Gözəl qollar vurmağa müvəffəq oldu. Amma bu matçı tezliklə unudaraq, “Anji” ilə görüşə hazırlaşmaq lazımdır. Bu qarşılaşma da vacibdir. Çünki əgər qalib gəlsək, turnir cədvəlində irəliləyəcəyik. Hazırda biz çox aşağı pillədə qərarlaşmışıq. Bu da ədalətli nəticə deyil.

- "Zulte Varegem"lə matçda sol cinah müdafiəçisi mövqeyində əla oynadın. Bu mövqedə oynamaq necə idi?

- Bəli, bu mövqedə oynamağa adət etməmişəm. Karyeram ərzində cəmi 3-4 dəfə sol cinah müdafiəçisi kimi oynamışam. Mən daha çox dayaq yarımmüdafiəçisi və mərkəz müdafiəçisi kimi çıxış etməyə öyrəşmişəm. Lakin bu dəfə solda oynamaq lazım idi. Şadam ki, bunun öhdəsindən gəldim. Mənim üçün ən əsası oynamaqdır.

- Baş məşqçi Kurban Berdıyev oyundan sonra nə dedi?

- Oyuna görə hamımıza təşəkkür edib, “Anji” ilə matça köklənməyimizi xahiş etdi.

- Hələlik siz əsasən avrokuboklarda oynayırsız. Rusiya çempionatında sabit oyun praktikası qazanmağınıza ümid edirsən?

- Əlbəttə, Rusiya çempionatında oynamaq istəyirəm. Lakin bu futboldur. Şansımı gözləyirəm. Əgər məşqçi bu şansı versə, 90 dəqiqə oynamağa hazıram.

- Bəs oyun praktikası olmadan fiziki hazırlığınızı yaxşı səviyyədə necə saxlayırsan?

- Bəli, oyun praktikasının olmaması müəyyən çətinliklər yaradır. Lakin bizim fiziki hazırlıq üzrə yaxşı məşqçimiz var (Raul Rianço - red). Biz həmişə onunla çalışırıq. Amma mən üzülmürəm. Şansımı gözləyirəm, əgər onu alsam, özümü maksimum səviyyədə göstərməyə çalışacam.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30