20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Xəzər Lənkəran” dünya futbolunun ulduzlarını dəvət etməyi planlaşdırır”

“Xəzər Lənkəran” klubu “Arsenal”ın futbolçusu Andrey Arşavinin komandaya mümkün keçidinə şərh vermək istəməyib. Futbolxeber.az-ın məlumatına görə, bu haqda “vesti.ru”ya Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu açıqlama verib.

“Bu il “Xəzər Lənkəran” 10 illik yubileyini qeyd edir. Bir müddət əvvəl komandanın baş məşqçisi tanınmış uelsli mütəxəssis Con Toşak təyin edilib. Biz kluba dünya futbolunun ulduzlarını dəvət etməyi planlaşdırırıq. Lakin hazırda konkret adlar haqda informasiya vermək istəməzdik”, - deyə Cəbrayıloğlu bildirib.  

O qeyd edib ki, qarşıdakı mövsümdə “Xəzər Lənkəran” azarkeşlərini xeyli sürprizlər gözləyir: “Klubun fəxri prezidenti, “Palmali” Şirkətlər Qrupunun rəhbəri, Azərbaycan, Rusiya və Türkiyədə də kifayət qədər tanınan Mübariz Mənsimov da məhz bunu hədəfləyir. Yeni mövsümə 3-4 ay qalıb və başqa klublar kimi biz də əvvəlcədən öz planlarımızı açıqlamaq fikrində deyilik”.

Xatırladaq ki, bir müddət əvvəl Britaniya mətbuatında Andrey Arşavinin karyerasını “Xəzər Lənkəran”da davam etdirəcəyi haqda xəbərlər yayılmışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30