24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Ruslan Abışov 74 dəqiqə oynadı...tərifləndi

Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov Rusiyanın “Rubin” klubunun heyətində növbəti oyununu keçirib. Lent.az-ın məlumatına görə, 26 yaşlı müdafiəçi Avropa Liqasında D qrupunun 2-ci turunda Belçikanın “Zulte Varegem” komandası ilə matçda start heyətində yer alıb.
74 dəqiqə meydanda olan Abışov “Rubin”in qapısını toxunulmaz saxlamasında az rol oynamayıb. Onun komanda yoldaşları isə rəqibi 4 dəfə məyus ediblər. Millimizin futbolçusu yerini Kris Mavinqaya verərkən, Kazan təmsilçisi 2:0 hesabı ilə öndə olub. Hesabı 60-cı dəqiqədə “Zulte Varegem”in futbolçusu Frederik Duplus açıb. O, topu öz qapısına göndərib. 73-cü dəqiqədə “Rubin”in yarımmüdafiəçisi Roman Yeryomenko iknci qolu vurub. Daha sonra 81-ci dəqiqədə Aleksandr Ryazantsev 3-cü, 89-cu dəqiqədə Bibras Natxo 4-cü topun müəllifi olub.
Görüşün ardından təşkil olunmuş mətbuat konfransında “Rubin”in baş məşqçisi Kurban Berdıyev Abışov barədə də fikirlərini açıqlayıb: “Ruslan mütləq məqsədinə çatacaq. Çünki o, böyük istəklə çıxış edir”.
Qeyd edək ki, “Rubin” Avropa Liqasında növbəti oyununu oktyabrın 24-də İngiltərədə “Uiqan”a qarşı keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30