25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Azərbaycanda stadion yoxdur"

"Neftçi"nin keçmiş baş məşqçisi Vlastimil Petrjela Azərbaycan futbolu haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, çexiyalı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan - Rusiya matçı haqda fikirlərini açıqlayıb: "Rusiya və Azərbaycan futbolu arasında çox böyük fərq var. Orada stadion yoxdur. Çempionatın yarısı Bakıda keçirilir. Paytaxtdan kənarı təmsil edən bir neçə komanda - “Xəzər Lənkəran”, “Qarabağ” var. Digər tərəfdən, orda çox istidir. İlboyu məşq etmək mümkündür. Azərbaycanda futbolçular çox yaxşı, texnikalıdır. Rusiyadakı kimi onların da fiziki hazırlıqla daha çox problemləri var. Taktika ilə isə lap çoxdur. Bu üzdən də ürəkləri istəyən kimi oynayırlar. Azərbaycanlı oyunçularla sərt olmaq lazımdır. Mən “Neftçi”yə gələndə komanda çempionatda 8-ci idi. Məşqlərdə yükləmələrə başladıq. Bu da ki, futbolçuların xoşuna gəlmirdi. Nəticədə 3-cü pilləyə qalxdıq. Azərbaycan klubunun Çempionlar Liqasında oynaması hələlik mümkünsüzdür. Lakin əminəm ki, “Neftçi” mənə 2-3 il vaxt versəydi, komandanı bu səviyyəyə qaldırardım. Dünya çempionatının evdəki seçmə oyununda Azərbaycan millisi çox çalışacaq. Çünki bu ölkədə rusları sevmirlər. Bakıda stadion dolacaq, əla ab-hava olacaq. Onların yığması özünü öldürəcək, lakin xal qazanmayacaq. Düşünürəm ki, Rusiya qalib gələcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30