28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Xaqani Məmmədov Əliyar Ağayevi 1 ildən sonra niyə "Qarabağ" - "Bakı" oyununa göndərir?

Sabah Azərbaycan Premyer Liqasında 9-cu turun oyunları keçiriləcək və artıq matçları idarə edəcək hakimlər də bəllidir. Futbolxeber.az-ın məlumatına görə, Hakimlər Komitəsi "Qarabağ" - "Bakı" matçını Əliyar Ağayevə tapşırıb. Deyə bilərsiniz ki, bunda qəribə heç nə yoxdur. FİFA referisi turun əsas oyunlarından birini idarə edəcək. Qəribəsi odur ki, Ağayev düz 1 ildir ki "Bakı"nın çempionatda oyununu idarə etmir. Buna səbəb isə ötən mövsümün 9-cu turunda, elə "Qarabağ" - "Bakı" oyununda baş verən insidentdir. Ötən mövsümün ilk dövrəsində baş tutan həmin matçın 78-ci dəqiqəsində Ağayev “Bakı”nın qapısına şübhəli penalti təyin etmişdi və həmin qol sayəsində ağdamlılar yenilgidən qaçmışdı. Oyundan sonra isə “Bakı” rəsmiləri Əliyar Ağayevi sərt şəkildə tənqid etmişdilər. Məhz bu olaya görə Ağayev mövsüm boyu bir daha “Bakı”nın oyununa təyinat almadı. Elə cari mövsümün ilk 8 turunda da Ağayevi "Bakı"nın oyununda görən olmadı. Amma indi, özü də yenidən "Qarabağ"la oyunda Ağayev "Bakı"nın oyununa təyinat aldı. Görəsən, Xaqani Məmmədovun yaddaşı bu qədər zəifdir? 1 il əvvəl baş verənləri artıq unudub? Yoxsa Ağayev "Bakı"nın oyunlarından məhz 1 illik qovulmuşdu və artıq cəzası başa çatdı? Təbii ki, bütün bunlar anlaşılmazdır. Məgər, bu oyunu idarə edə biləcək başqa hakim yox idi?




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31