25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

AFFA saxtakarlıq etdiyinə görə "Qəbələ"ni cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası qəbul edilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıdan 30 sentyabr 2013-cü il U-17 Liqanın “İnter” - “Qəbələ” matçında baş verənlərə hüquqi qiymət verilib və aşağıdakı qərarlar qəbul edilib:

Oyunun 40+1-ci dəqiqəsində “İnter” klubunun 15 №-li futbolçusu Nəriman Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb

 Oyunun 40+2-ci dəqiqəsində “İnter” klubunun 5 №-li futbolçusu Kənan Həsənovun hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.

 “Qəbələ” klubunun 9 №-li futbolçusu Coşqun Süleymanovun sənədlərinin saxta olması (yaşının azaldılması) aşkar edilib. Bu səbəbdən də, “Qəbələ” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib, komandanın baş məşqçisi Famil Xəlilova xəbərdarlıq edilib (belə halların yenidən baş vərəcəyi təqdirdə ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcəkdir) və klub 1000 manat cərimə olunub.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30