29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Regekampf: "Qarabağ"la oyuna xüsusi hazırlıq keçməyi lazım bilmirəm"

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə danışıb. 

Futbolxeber.az saytının məlumatına görə, klubun televiziyasına açıqlamasında 47 yaşlı mütəxəssis qarşılaşmaya hazır olduqlarını bildirib: "Xüsusi hazırlıq keçməyi lazım bilmirəm. Motivasiya oyunun daxilindədir. Çox vacib görüş olacaq".

Rumıniyalı baş məşqçi çempionatdakı fasilə müddətində bütün futbolçularla birlikdə məşq edə bilmədiklərini xatırladıb: "Vato Arveladze hələlik tam hazır deyil. Gürcüstan millisinin düşərgəsində olan Solomon Kvirkveliya indi Bakıya çatıb. Eddi İsrafilov və Emin Mahmudov isə bu gün hazırlıq prosesinə qoşulub. Fasilə müddətində bəzi çatışmazlıqları aradan qaldırmağa çalışdıq".

Regekampf yığmalardan qayıdan oyunçularla bağlı problem yaşamayacağını söyləyib: "Bu cür hallar bütün komandalarda olur. Amma fasilədən sonra ilk oyunun “Qarabağ”a qarşı olması yaxşıdır. Çünki hər iki komanda motivasiyalıdır və qələbə qazanmaq istəyir. Düşünürəm ki, futbolçular matçın mahiyyətini dərk edib, yaxşı çıxış edəcəklər".

Mütəxəssis son olaraq adının Rumıniya millisi ilə hallanmasına münasibət bildirib: "Hazırkı məqam getməyimə imkan vermir. "Neftçi" ilə müqaviləm var. Burada özümü xoşbəxt hiss edirəm. Rumıniya yığmasının çox yaxşı baş məşqçisi var. Bu posta digər namizədlər də güclü mütəxəssislərdir".

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31