24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

U-19 Lüksemburqa da uduzdu

Azərbaycan U-19 millisi Avro-2023-ün seçmə mərhələsində son oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, yığmamız Bolqarıstanın Albena şəhərində Lüksemburqla qarşılaşıb. Matç rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, yığmamız seçmə mərhələni xalsız başa vurub. Miloş Velebitin komandası əvvəlki oyunlarda Bolqarıstana (0:1) və Türkiyəyə (1:5) uduzub.

Bu qrupda keçirilən Bolqarıstan - Türkiyə matçı isə 1:1 hesabı ilə başa çatıb.

Bugünkü nəticələrdən sonra Türkiyə və Lüksembruq milliləri 5 xalla turnir cədvəlində ilk iki yerin sahibi kimi növbəti mərhələyə yüksəlib. Üçüncü olan Bolqarıstan da eyni xala malik olduğundan ən yaxşı qrup üçüncüsü kimi növbəti mərhələ şansını qoruyur.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30