19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Mahir Emreli: "Məğlub olduğumuz oyunlarda da yaxşı çıxış edirdik"

Millimizin hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasının 6-cı turunda bu gün Qazaxıstana qalib gəldikləri oyundan (3:0) sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Son 3 turda ardıcıl qələbə gəldi. Bir az gec olmadı? Liderlik şansını əldən verdiniz.

- Düşünmürəm ki, əldən verdik. Rəqibdən nəsə gözləməyi sevmirəm. Bir məqam ola bilər ki, biz Belarusu Serbiyada məğlub edə bilərdik. Bir az məyusedici olan budur. Bu tsikldə yaxşı oyun göstərə bildik. Məğlub olduğumuz oyunlarda da yaxşı çıxış edirdik. Son 3 matçda nəticə də yaxşı oldu. Bu, ürəkaçan oldu. Belə davam etməliyik.

- Nəzəri olaraq, pley-off şansları var. 

- Təbii ki, istəyərik. Hər futbolçu milli səviyyəsində uğur qazanmaq istəyir. Arzularımızdan biri budur. Belə şans düşsə, inanıram ki, komanda əlindən gələnin artığını edəcək.

- Azarkeşlərlə aran yaxşıdır...

- Zaqrebdə də azarkeşlərin mənə qarşı münasibəti yaxşıdır. Bəzi uğursuzluqlarım oldu. Son zədəm bir az ağır keçdi. Orda da çıxdığım hər oyunda yaxşı çıxış etmək istəyirəm. Burda da top mənə gələndə fanatlar fərqli bir şey gözləyir. Azarkeşlərin dəstəyini hiss edirəm. Önəmli olan qələbə qazanmaqdır.

- "Dinamo" Çempionlar Liqasında iştirak edir. Turnirdə yeganə təmsilçimiz sənsən. Yəqin ki, meydana çıxmağı səbirsizliklə gözləyirsən.

- Bəli, gözləyirəm ki, Çempionlar Liqasında meydana çıxım. Ümid edirəm ki, baş məşqçi mənə bu şansı verəcək. Məşqçi qərar verir və ona hörmətlə yanaşmaq lazımdır. Futbol oynamaq bizim işimizdir. Futbolçu bir az robot kimi olmalıdır. Bu, işdir və bunun sayəsində ailəmizə baxırıq. Robot kimi olmalıyıq, qoydular oynamalıyıq, qoymadılar yox. Həvəsdən düşməməlisiz. Gözləyib, əlinə düşən şansı qaçırmamalısan.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30