26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Kəpəz” ev oyunlarını Gəncədə keçirmək üçün yenidən PFL-ə müraciət edəcək

“Kəpəz” ev oyunlarını Gəncədə stadionunda keçirmək üçün yenidən Peşəkar Futbol Liqasına müraciət edəcək. 

Futbolxeber.az saytının məlumatına görə, bununla bağlı Gəncə klubunun feysbuk səhifəsində yer alan açıqlamada deyilir

“Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin bu günlərdə reallaşan növbəti iclasında əsas komandanın oyunlarını Gəncədə keçirə bilməməsi yenidən müzakirə mövzusu olub. 

İdarə Heyətinin üzvləri tərəfindən bu problemin həlli istiqamətində dəstəyin göstərilməsi üçün Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə müzakirələr aparılıb. Nəticədə şəhər stadionunun birinci yarusunda tribunalara təkrar texniki baxışın keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Müvafiq orqanların əməkdaşları tərəfindən arenaya vizual baxış keçirilib.

Birinci yarusda tribunaların mövcud vəziyyəti nəzərə alınaraq təhlükəsizlik qaydalarına riayət olunmaqla stadiona məhdud sayda azarkeşin buraxılması mümkün hesab edilib. Yeni rəyə uyğun olaraq klubumuz tərəfindən komandamızın ev oyunlarını Gəncədə keçirə bilməsi üçün qərara yenidən baxılması ilə bağlı Peşəkar Futbol Liqasına müraciət olunacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30