26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

De Byazi: “Düzgün yoldayıq”

“Çox ağır, çətin oyun olacaq. Qazaxıstanın lider olacağını heç kim gözləmirdi. Vuruşur, mübarizə aparırlar. Birinci yerə layiqdirlər. Qazaxıstan çox güclü komandadır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanla oyun öncəsi mətbu konfransında milli komandamızın baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis futbolçulardan razılığını ifadə edib: “Slovakiya ilə matçı unutmalı və bu oyunu düşünməliyik. Çox yaxşı komandamız var. Özümüzü daha yüksək səviyyədə idarə edə bilərik. Komandamdan razıyam. Hesab edirəm ki, düzgün yoldayıq”.

Millimizin çalışdırıcısı dəvət göndərmədiyi “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevlə bağlı sualı belə cavalandırıb: “Qara Qarayev milli komandaya dəvət olunmama səbəbi sizdən də, məndən də yaxşı bilir. Heç vaxt komandada olan sirri aça bilmərəm. Bu, düzgün deyil. Komandanın içində olanlar orada qalır. Belə etsək, böyük bir komanda qura bilmərik. Bizimlə olan futbolçular barədə düşünməliyik. Hazırda burada olanlardan razıyam. İlk gündən deyirəm ki, millinin qapısı hamı üçün açıqdır. Eynilə həmin qapı bağlana da bilər. Millidə özünü düzgün aparmalısan. Bu, mənim üçün çox önəmlidir”.

Elvin Camalov haqda isə De Byazi bunları deyib: “Elvin Camalov çox döyüşkən futbolçudur. Meydanda bütün gücünü ortaya qoyur. Bir epizoda görə heç nə demək olmaz. Çox vacib oyunçudur. Həmişə özünü düzgün aparır. Slovakiyaya qarşı çox yaxşı oyun keçirdi. Ondan razıyam. Klubunda da liderdir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30