4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Ölkə futbolu

"Olimpiakos"un baş məşqçisi müəyyənləşdi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos"un baş məşqçisi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, komandanı bundan sonra ispaniyalı Xose Miçelin çalışdıracağı dəqiqləşib. 

59 yaşlı mütəxəssis məlumatı təsdiqləyib: “Mən nə vaxtsa “Olimpiakos”a yenidən qayıtmaq istəyirdim. Şadam ki, bu arzum bu gün həyata keçdi. Bu, mənim üçün böyük sevincdir. Ümid edirəm ki,  hər şey yaxşı olacaq”.

Məlumata görə, bu gün Miçellə 1+1 illik müqavilə imzalanacaq. O, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) komandasını məşqə çıxaracaq. Beləliklə, "Qarabağ"la Avropa Liqasının qarşıdakı iki qrup oyunu (6 və 13 oktyabr) da daxil olmaqla "Olimpiakos"un bu mövsümdə baş məşqşisi Xose Miçel olacaq.

Qeyd edək ki, X.Miçel 2013-2015-ci illərdə Yunanıstan təmsilçisini çalışdırıb və komanda ilə 2 dəfə ölkə çempionu olub. O, son olaraq ötən il "Xetafe"nin baş məşqçisi vəzifəsində işləyib.

Xatırladaq ki, “Olimpiakos”  Yunanıstan çempionatının 5-ci turunda "Aris"ə səfərdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra ispan baş məşqçisi Karlos Korberanı istefaya göndərib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31