28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Varea Azərbaycan futbolunun tarixinə düşdü

 

"Rəvan” futbol klubu Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Turan”ı darmadağın etdi. Futbolxeber.az-ın məlumatına görə, komanda "Dalğa Arena”da keçirilən oyunda ilk hissədən sonra hesabda 1:2 geri olsa da, fasilədən sonra fantastik çıxış edib rəqibə divan tutdu.
 
11 dəqiqəyə rekord
 
Bu qələbədə Xuan Manuel Vareanın da müstəsna rolu oldu. Argentinalı qoleador 61-72-ci dəqiqələr arasında 3 dəfə fərqlənməklə komandanın hesabda önə keçməsinə və üstünlüyünü artırmasına birbaşa səbəbkar oldu. Varea het-triki cəmi 11 dəqiqəyə reallaşdırmaqla Azərbaycan çempionatları tarixində rekorda imza atmış oldu. Hələ heç kim (ilk) 3 qolu(nu) belə tez müddətə vura bilməmişdi.
 
"Rəvan”da ilk…
 
Cari mövsümün ikinci het-trikinin müəllifi olan Xuan həm də "Rəvan”ın tarixinə düşmüş oldu. Belə ki, qollarının sayını 11-ə çatdırmaqla bu göstəricidə 2 rəqəmli nəticəyə çatan ilk "aslan” olan Varea həm də komandanın elitada 1 oyuna 3 qol vurmuş ilk futbolçusu kimi adını tarixə yazdırdı. Milli çempionatlarımız tarixində het-trik edən 23-cü futbolçu olan Varea legionerlərin 30-cu het-trikinin də müəllifi oldu. Ən əsası isə o, çempionatımızda 1 oyuna 3 qol vurmağı bacarmış ilk argentinalı futbolçu kimi də adını tarixə yazdırdı. Xüsusi olaraq qeyd edək ki, "Rəvan”ın əsas bombardiri bütün çempionat oyunlarını əvəzlənmədən keçirib və o, bu baxımdan da hamıdan seçilir.
 
…cari mövsüm ikinci het-trik
 
Qeyd edək ki, bu cari mövsüm qeydə alınan ikinci het-trikdir. Daha öncə dekabrın 3-də 15-ci tur çərçivəsində keçirilən "Turan” – "Kəpəz” oyununda (5:1) Tovuz təmsilçisinin malili hücumçusu Salif Ballo 3 qol vurmuşdu. O da maraqlıdır ki, çempionatın geridə qalan bölümündə artıq 3 poker reallaşıb: Nildo (Azal), Nikolas Kanales (Neftçi) və Pərdis Fərcad Azad (Sumqayıt) rəqib qapısına 1 oyunda 4 dəfə yol tapıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31