19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Qurban Qurbanov: “Bu gün 4 qol vurması tam hazır olması demək deyil”

Azərbaycan Premyer Liqasının 7-ci turunda bu gün keçirilən “Zirə” - “Qarabağ” (1:7) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib.

- Futbolçularımı təbrik edirəm. Çox yaxşı performans göstərdilər. Vacib qələbə idi. Hesabda irəli olduqda belə, dayanmır, sürəti artırırdılar. Bu, çox vacibdir. Sıx qrafikdəyik. Çətinliklərə dözdülər və sonra kiçik bir uğur əldə etdilər.

- Musa Qurbanlı çempionatın bombardiridir. Sizcə, o, milli üçün hazırdır?

- Hələ “Qarabağ” üçün tam hazır olmalıdır, sonra milli üçün. Bu barədə fikir bildirə bilmərəm. Yığmanın öz idarəediciləri var.

- Ozobiçdən sonra illərdir, yerli bazardan legioner transferi görmürük. Digər klublarda diqqətinizi çəkən oyunçular varmı?

- Hər futbolçunun öz müqaviləsi var. O vaxt şans düşdü, istifadə etdik. Yerli çempionatdakı futbolçuları da izləyirik. Bəyəndiyimiz oyunçular da var. Kimləsə bağlı fikir bildirsək, düzgün çıxmaz. Ancaq nəzarətimizdədir.

- “Zirə”yə 7 qol vurduz. Bu nəticəni növbəti turun "Neftçi" ilə oyunu üçün ismarıc kimi görürsüz?

- Xeyr. “Neftçi” barədə düşünmürük. Futbolçularımızı oyundan oyuna daha yaxşı hazırlaşdırmaq barədə fikirləşirik. “Neftçi” ilə matça var. Təəssüf ki, bütün futbolçularla hazırlaşa bilməyəcəyik. Bu oyunun ona heç bir aidiyyəti yoxdur.

- Dediniz ki, Musa hələ “Qarabağ” üçün hazır olmalıdır. Bu gün əlinə düşən bütün imkanlardan yararlandı. Hazır olmaq üçün nə etməlidir?

- Qol vuran futbolçuya maraq çox olur. Bu gün 4 qol vurması tam hazır olması demək deyil. Mənim üçün vacib olan stabil göstəricilərdir. Hazırlıq mərhələləri var, bunların hamısını keçməlidir. Burda çempionat, avrokubok oyunları var. Psixoloji amil vacibdir. Gündən günə inkişaf varsa, yaxşılığa doğru gedir. Öz üzərində çox çalışmalıdır. Məşqçilər olaraq bütün oyunçuların idman formasını yaxşılaşdırmaq istəyirik.

- “Nant”la oyundan sonra “Qarabağ”ın yorğun, ağır olacağı gözlənilirdi. Meydanda əksini gördük...

- Bu gün də rotasiyalar etmişdik. Çox da uğurlu alındı. Bu, mənə inam verir. Avrokubokda yaxşı səviyyədə oynamaq üçün çempionatda yaxşı oynamalıyıq. Bütün oyunçular yaxşı motivasiya olunmuşdular. Avropada az oynayan futbolçular çempionat oyunlarını gözləyirlər. Buna sevinirəm. Hər məşqçinin öz düşüncələri var. Yorğunluq barədə çox düşünmək istəmirik. Bəzən bu, qaçılmazdır. İnsan robot deyil. Müəyyən həddə qədər getmək olur. Yorğunluq olmamasına çalışsaq da, bəzən bu, qaçılmazdır.

- Millinin oyunlarının komandanın formadan düşməsinə səbəb olmayacaq? Milliyə gedənlərin arasında zədələnənlər də ola bilər...

- Neqativ yanaşmayaq. Bəzi oyunçulara istirahət çox vacibdir. Əlimizdə 3-4 futbolçu qalır. Digərləri 3-4 gündən bir oynayacaq. Legionerlərimiz arasında da gedənlər olacaq. Oyunçularımız çox yükləmədə olacaqlar. İstərdim ki, 10 gün bir yerdə olsunlar. Edəcək bir şey yoxdur.

- Hücum xətti üçün azad agentlərə baxırsınız?

- Bizdə baxış daim gedir. Nə vaxt alınsa, istifadə edəcəyik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30