20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Sadıqov: “Nə vurdularsa, qol oldu”

Azərbaycan Premyer Liqasının 7-ci turunun “Zirə” - “Qarabağ” (1:7) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, Sadıqov əvvəlcə matç barədə fikirlərini bildirib.

- Danışacaq çox şey yoxdur. Rəqib açıq-aşkar üstün idi. İlk hissədə oyun düşündüyümüz kimi gedirdi. Fasilədən sonra istədiyimiz alınmadı. Nəticədə böyük hesabla uduzduq.

- Ağır məğlubiyyətin səbəbi nə idi?

- Çox səbəblər var. “Qarabağ” böyük motivasiya, istəklə oynayırdı. 43-cü dəqiqədə qol buraxmağımız bizə psixoloji zərbə oldu. Kobud səhvlərə yol verdik. Nəticədə böyük hesabla uduzduq. Rəqibin 8 qol epizodu oldu, 7-dən yararlandılar. Nə vurdularsa, qol oldu. Yalnız bir epizod qaçırdılar. Hücum xəttində çox dəqiq oynadılar.

- “Qarabağ”ın ağır oyundan sonra çətinlik çəkəcəyi gözlənirdi. Siz də bunu düşünürdüz?

- Bəli. Ağır qrafikdə çətinlik çəkə biləcəklərini düşünürdük. Bu gün “Qarabağ” qarşısıalınmaz idi. 3-cü qoldan sonra komanda tamamilə oyundan qopdu. Hesabın böyüməməsi üçün dəyişikliklər etdik, ancaq alınmadı.

- “Qarabağ”ın bütün imkanlardan yararlandığını dediniz. Müdafiəniz niyə bu qədər boşluq verdi?

- Müdafiədə boşluq var ki, cərimə meydançamızda imkan tapırlar. Bu gün Musanın günü idi. Hər komandanın uğursuz və uğurlu günləri olur. Bu gün hər ikisi var idi. Rəqibin uğurlu, bizim uğursuz günümüz idi.

- Çantakiasın ən zəif oyununu keçirdiyini demək olarmı?

- Tək o yox, bir çox futbolçu ən zəif oyununu keçirdi. Rəqib də çox sürətli oynayırdı. Mənim oyun fəlsəfəmdə meydanın mərkəzindən cərimə meydançasına asma yoxdur. Futbolçu öz ağlındakıları edəndə nəticə belə olur. Demək olar, bütün futbolçular potensialından aşağı çıxış etdi.

- Belə məğlubiyyətin komandada inamsızlıq yaradacağını düşünmürsüz?

- Hər məşqçinin karyerasında belə məğlubiyyətlər olur. Mən də özümü hazırlayırdım. Bu gün belə oldu. Qarşıda iki həlledici oyunumuz var. Bu gün üçün xala, qələbəyə ümidli idik. Amma reallıq odur ki, “Qarabağ” bizdən 2-3 dəfə üstündür. Vacib olan növbəti matçlarımızdır.

- “Qarabağ”ın Avropa Liqasındakı çıxışını necə dəyərləndirirsiz?

- Möhtəşəm!

- Qrup səddini aşa bilərlərmi?

- “Qarabağ” oyundan oyuna düşünür. İndi də belə olduğunu fikirləşirəm. Belə söhbətlərin komandaya zərərdən başqa təsiri yoxdur. Hamı növbəti oyun barədə düşünməli, qrupdan çıxmaq barədə danışmamalıdır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30