24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Baqa: "Bəhanə gətirmirəm"

"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə görüşlə bağlı fikirlərini açıqlayıb.  

- Yaxşı oyun alındı. Məncə, azarkeşlər də bəyəndi. Tribunadakı atmosferi də qeyd etmək istəyərdim.

- Növbəti oyunda da mətbuat konfransında sizi görəcəyik?

- Xahiş edirəm, "Qəbələ" - "Sumqayıt" oyunu haqda sual verərdiniz.

- İndiyə qədər əvvəlki klublarınızda işinizə görə hörmət qazanmısınız. "Sumqayıt"a da böyük ümidlərlə gətirilmisiniz. Nəyə görə burada sizdə alınmır?

- Hər məşqçinin qarşılaşacağı hallardı. Bəzən işləriniz yaxşı gedir, bəzən isə getmir. Buna isə mən sakitliklə yanaşıram. Hər hansı qlobal problem görmürəm.

- "Sumqayıt"ın oyununun nədən ibarət olduğunu anlaya bilmirik. Belə davam edəcək, yoxsa məzmunlu oyun görəcəyik?

- Məzmunlu oyun deyəndə, nəyi nəzərdə tutursunuz?

- Hər komandanın özünəməxsus oyunu, gedişatları olur...

- Məşqlərdə icra edilir, oyunlarda bunu həyata keçirə bilmirik.

- Yəni hazırkı futbolçularla maksimum budur?

- Hər bir insanın inkişaf etməsi üçün yeri var. Ola bilər ki, onlardan hansısa böyük stadionlarda oynasın. Sadəcə oyun şəkli deyəndə nəyi nəzərdə tutursunuz? Yəqin ki, çoxlu ötürmələr, kombinassiyaları deyirsiniz. Praktiki olaraq, hər oyunda mövqelər üzrə dəyişikliklərimiz olur. Bugünkü gündə 5 zədəlimiz var, bura əskiklə gəlmişik. Heç bir bəhanə gətirmirəm, sadəcə məsələni müzakirə edirəm. Qapıdan başlayaraq rəqib cərimə meydançasına ötürmələrlə irəliləməkdə, cərimə meydançasına ötürmələr etməkdə dördüncüyük. Bəli, razıyam, epizodları reallaşdırmaqda zəifik. Yarımmüdafiə və hücum xəttində problemlərimiz var. Qəbul edirəm, bundan qaçmıram. Ancaq gəlin baxaq, komanda birlikdə neçə məşq edib? Dünən ildəki 68-ci məşqimizi keçirdik. Top saxlayıb, baxımlı futbol oynayıb, qollar vurmaq istəyirik ki, azarkeşlərin də xoşuna gəlsin. Amma hələ ki, belədir. Əminəm ki, futbolçuların potensialı var və daha yaxşı yerlərdə oynaya bilərlər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30