25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Regekampf: "Bizim üçün 3 xal çox vacib idi"

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 7-ci turunda "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sora mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, rumın mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini açıqlayıb.  

- Canlarından keçən şəhidlərə Allah rəhmət eləsin, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Oyuna gəldikdə isə, bizim üçün 3 xal çox vacib idi. Çox yaxşı oynadıq. Demək olar ki, bütün komandalar bizimlə oyuna çox motivasiyalı başlayırlar, aqressiv oynayırlar. Bəzən bizdə də problemlər yaranır. İlk hissədə epizodları qola çevirə bilmədik. Amma ikinci hissədə yaxşı oynadıq və lazım olan qolları vurduq. Oyundan çox razıyam.

- Demək olar ki, bu gün Patonu mərkəz hücumçusu kimi kəşf elədiniz?

- Bilirik ki, Pato o mövqeyin oyunçusu deyil. Amma onu hər gün məşqlərdə izləyirəm. Bilirəm ki, aqressiv oyunçudur. Təhlükəlidir, çünki, yaxşı sürətə malikdir. Bu gün son 15 dəqiqədə rəqib oyunu bizim üçün açdı. Ona görə də mən Patonu meydana buraxmaq qərarı verdim. Rəqibin buraxdığı boşluqlardan istifadə etmək istəyirdim.

- Boqomolski çox çalışdı, amma qol vura bilmədi. Bu, şanssızlıqla əlaqədardır?

- Düşünürəm ki, bu normaldır. Oyun ərzində gördük ki, onun üçün epizodlar yarandı. Həm qaçdı, həm mübarizə apardı. Amma qol vurmaq məqamı çatanda düzgün qərar vermədi. Mənim ona böyük inamım var. Hazırda oyundan sonra milli komandanın düşərgəsinə gedir. Oradan qayıtdıqdan sonra onun üzərində işləməyə vaxtımız olacaq.

- Qapı xəttində rotasiyaya necə baxırsınız?

- Əlimizdə iki yaxşı qapıçımız olduğuna görə sevinməliyik. Hər ikisi məşqlərdə çox ciddidirlər. Nə zaman hansına ehtiyacım olsa, onu da istifadə edə bilirəm.

- Fəridi qəzəblənib əvəzlədiniz?

- Xeyr, belə deməzdim. Fərid gənc oyunçudur. Oyuna çox motivasiyalı başlamışdı. Onu məşqlərdə görürəm, bir futbolçu kimi çox istəyirəm. Oyun zamanı bəzi situasiyalar var ki, onları öyrənməlidir. Onu göstərdiyi oyuna görə dəyişmədim. Sarı vərəqə aldığına görə Fəridi əvəzlədim. Gənc oyunçudur, nəyə görə əvəzlədiyimi ona başa saldım. 

- Sanki Kenni Sayefin fikri hələ də "Rapid"lə Vyanadakı oyunda qalıb...

- Xeyr. Bizim üçün çox vacib oyunçudur. Bir neçə oyun əvvəl bəxtsizlik oldu, isinmə hərəkətləri zamanı burnu qırıldı. Bir həftə ərzində tam məşq edə bilməmişdi. Amma bəxtimiz gətirib ki, çempionatda fasilə yaranır və çatışmayan cəhətlərin üzərində işləyəcəyik. 

 - Dörd oyundur qələbə qazanırsınız. Belə bir məqamda çempionatda fasilə yaranacaq. Yüksək temp tutan komanda üçün bu, müsbətdir, yoxsa mənfi?

- Ümid edirəm ki, bu fasilə bizim üçün xeyirli olacaq. Bəzi zədəli futbolçularımızı bərpa etmək üçün vaxtımız var. Donyo, Pato, Caber, hətta Eddinin bəzi problemləri var. Amma o, milli komandanın düşərgəsinə getməlidir. Kenninin də fasilədən sonra daha yaxşı olacağını düşünürəm. Ümid edirəm ki, bu fasilə bizim üçün xeyirli olacaq və "Qarabağ"la oyuna kimi bütün futbolçular əlimin altında olacaq.

- "Qarabağ"la oyuna görə sizdə həyəcan var? Çünki azarkeşlərin gözü bu derbidə olacaq...

- Bizim üçün asan oyun olmayacaq. Onların Avropa Liqasındakı çıxışı mükəmməldir. Dünən "Nant"a qarşı çox yaxşı oyun nümayiş etditrdilər. Bilirəm ki, bu oyun böyük bir stressdir. Bütün futbolçular bu matçda çox motivasiyalı olacaqlar. Oyuna hazırlaşmağa kifayət qədər vaxtımız var. Hazırda nəticə o qədər də önəmli deyil. Çünki, öz aramızda çox oyunumuz olacaq. Amma əlbəttə ki, məğlub olmamaq vacibdir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30