29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Mahmud Qurbanov: "Müdafiədəki səhvlər oyunun taleyini həll etdi"

"Səbail"in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turunda "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, Qurbanov ilk olaraq qarşılaşma barədə danışıb:

- Əslində oyuna heç də pis başlamamışdıq. Birinci hissədə futbolçularımız "Neftçi"dən geri qalmırdı. Qol epizodlarımız var idi, yaxşı hücumlar qurduq. İkinci hissədə isə bunları görmədik, bütün komponentlərdə rəqibə məğlub olduq. Əsas da müdafiədə buraxdığımız səhvlər oyunun taleyini həll etdi. Futbolda kim daha çox topa sahib olursa, onun qol vurmaq şansı daha çoxdur. Bu da bizim ilk qolu buraxmağımıza səbəb oldu. Daha sonra rəqib ikinci qolu vurdu. Hesab daha da böyük ola bilərdi. Komandada stabillik çatmır. Hər oyundan sonra müdafiənin üzərində işləyirik. Amma görünür ki. hələ çox işləməliyik. Bu gün çempionatda bəzi komandalar var ki, onlarla mübarizə aparmağa gücümüz çatmır. 

- Oyuna sərt başladınız. Amma sonra futbolçular dayandılar. Bu, nə ilə bağlı idi?

- Demək çətindir. Çünki, biz hər dəfə futbolçulara sərt oynamağı tapşırırıq. Niyə dayandılar? Bu, əsas da ikinci hissədə göründü. Mübarizələri uduzduq, bəzi epizodlarda gecikirdik. Nə top saxlaya bildik, nə də müdafiəni qura bildik. Bu da məğlubiyyətə gətirib çıxardı. Əslində biz futbolçulara istəkli, aqressiv oynamağı tapşırmışıq. Təəssüf ki, ikinci hissədə bunu görmədik. 

- Bəlkə legionerlərdə yanılmısınız?

- Bizdə stabillik çatmır. İstər yerli olsun, istər legioner. Bir oyunu yaxşı oynayırıq, o biri oyunu zəif. Bu futbolçuları özümüz bəyənib gətirmişik. Hər oyun biri yaxşı olur, biri yaxşı olmur. Bu da komandanın oyununa təsir edir. Futbolçular 90 dəqiqə tapşırdıqlarımızı yerinə yetirməlidirlər. Əfsuslar olsun ki, bəzən bunu görmürük. 

- Dediz ki, stabillik yoxdur. Siz gələndən sonra komandanı sıfırdan yığmısız. Bundan irəli gələ bilər?

- Bəhanə etmək üçün çox variantlar var. Ən asan iş uduzanda bəhanə etməkdir. Biz komandanın içindəyik, bilirik səbəb nədir. Düzəltmək istəyirik. Əsas problemimiz odur ki, hər oyun qol buraxırıq. Rəqibin qələbəyə layiq olmadığını demək istəmirəm. Amma hərdən öz diqqətsizliyimiz ucbatından qapımızda qol görürük. 

- Əsas heyətə düşməkdə çətinlik çəkən futbolçular var. Onları əvəzedici komandaya göndərmək istəmirsiz?

- Biz hələ ki, B komandamıza heç bir oyunçu vermirik. Amma düşünürəm ki, bu oyundan sonra bəzi futbolçuların əvəzedici heyətdə çıxış etməsinə qərar vermək lazımdır. 

- Sizcə, kimlərin milli komandaya seçilmək potensialı var?

- Hər məşqçi istəyər ki, komandasında millinin oyunçuları çox olsun. Hamıya şans veririk. Özlərindən asılıdır. Nə qədər yaxşı oynasalar, milli komandaya çağırılmaq şansları da çoxdur. "Səbail"dən milliyə nə qədər çox oyunçu çağırılsa, biz ancaq sevinərik. 

- Hücum futbolu oynayırsız. Amma iki dayaq yarımmüdafiəçisi ilə bu, nə dərəcədə uyğundur?

- Əslində iki dayaq yarımmüdafiəçisi ilə oynamaq uyğundur. Bunun hücum futboluna təsiri yoxdur. Əsas odur ki, topla yaxşı rəftar edəsən və hücuma komanda şəklində çıxa biləsən. Bu, birinci hissədə var idi, cinahlarımız yaxşı idi. Dayaq yarımmüdafiəçilərinin biri mərkəzdə qalmalıdır, biri hücuma çıxmalıdır. Bunu həmişə deyirik. 

- Mərkəz hücumçusu mövqeyində sıxıntı çəkdiyinizi düşünürsüz?

- Bu gün hücumda problem var idi. Zakpa ötən oyunda zədələnmişdi. Ona görə də bu gün oynamırdı. Kizitonun da əvvəldən zədələri var idi, hələ də tam sağalmayıb.Mirabdullada komandaya gec qoşulub, hazır deyil. Bu gün Samiri yoxladıq. Birinci hissədə pis deyildi. O, yarımmüdafiəçidir, amma bu gün hücumda sınadıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31