23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Sabah"ın məşqçisi: "Kuryoz qol buraxdıq"

"Əvvəlcə şəhidlərə Allahdan rəhmət diləyirəm. Oyuna gəldikdə, üstünlük bizdə oldu. Yaxşı qol imkanlarımız var idi. Rəqibin qolundan sonra da hücumlarımızı artırdıq və 3-cü qolu vurduq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın məşqçisi Artur Olenin Azərbaycan Premyer Liqasının 7-ci turunda evdə "Turan Tovuz"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Hesabda irəli olandan sonra komandanın rəqibə qeyri-ciddi yanaşdığını deməzdim. Rahatlaşsaydıq, daha çox qol vurmağa çalışmazdıq. Kuryoz qol buraxdıq. Futbolçulara oyun ərzində etməli olduqlarını söyləyirdik" - deyə o bildirib.

A.Olenin  Emmanuel Apehin 100 faizlik qol imkanlarından yararlana bilməməsi ilə bağlı deyib: "Qol vura bilmədi, burada böyük bir şey yoxdur. Gələn oyunlarda da ona şans verəcəyik".

Onun sözlərinə görə, milli komandaların oyunlarına görə yaranan fasilədə əllərində olan oyunçularla hazırlaşacaqlar: "Zədəlilərimiz də fasilədən sonra geyi qayıdacaq. Bu, bizim üçün faydalı olacaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30