19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

PFL və “Səbail” klubu arasında görüş keçirilib

Peşəkar Futbol Liqası və “Səbail” futbol klubunun rəhbər heyəti arasında görüş keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, “Səbail” FK-nın icraçı direktoru Fərəc Əliyev PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayevdən ibarət heyətə görüşə görə təşəkkür edib. 

Klubun baş meneceri Zamiq Hüseynov, Müşahidə Şurasının üzvü İxtiyar Asyabi və baş məşqçi Mahmud Qurbanovun da iştirakı ilə müzakirələr aparılıb, Azərbaycan futbolunun hazırkı durumu, planlar barədə danışılıb. 

PFL prezidenti klubları narahat edən məqamlara mümkün qədər qısa zamanda son qoyulması üçün çalışdıqlarını, bütün iradlara, müzakirələrə açıq olduqlarını ifadə edib. “Səbail” klubunun rəhbərliyi anlayışa, səmimi münasibətə görə Elxan Səmədova təşəkkürünü bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30