25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Nant"ın baş məşqçisi: "Heç vaxt azarkeşin matçı qazandığını görməmişəm"

"Təhlükə hər zaman var. Yaxşı komanda olduğumuzu sübut etməliyik. Bunun üzərində işləyirik".

Futbolxeber.az saytının məlumatına görə, bunu Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kombuare "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis yaxşı nəticə üçün əllərindən gələni edəcəklərini bildirib: "Heç vaxt azarkeşin matçı qazandığını görməmişəm. "Qarabağ"ın məşhur komanda olduğunu bilirik. Onlar ölkədəki vəziyyətə görə daha istəkli oynayacaqlar". 

Kombuare Liqa 1-lə və Avropa Liqası arasında fərq qoymadıqlarını söyləyib: "Qarabağ"ın əvvəlki matçlarını izləmişik. Rəqibin avrokuboklarda nə qədər təcrübəyə malik olduğunu bilirik. Onlar asanlıqla hücuma keçirlər. Bunun üçün hazırlıq görmüşük. Rəqibin hücumlarının qarşısını almağa çalışacağıq".

Fransalı baş məşqçi futbolçuların durumunun yaxşı olduğunu sözlərinə əlavə edib: "Buraya oyuna görə gəlmişik. "Qarabağ" motivasiyalı olacaq. Bunu bilirik. Sadəcə, oyunumuzu keçirib evimizə qayıdacağıq".

Mütəxəssis yorğunluğun komanda üçün bəhanə olmayacağını diqqətə çatdırıb: "Ard-arda oyunlarımız var, istirahət edə bilmirik. Amma hər bir oyunçunun qarşısında həvəslə və tam güclə oynamaq tapşırığı qoyuram. Əlimzdən gələni etməli, bütün gücümüzü qoymalıyıq. 

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30