25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: “Mənim üçün danışmaq, fikir bildirmək asan olmayan bir gündü”

“Mənim üçün danışmaq, fikir bildirmək asan olmayan bir gündü. Nə qədər şəhidimiz var. Sərhəddə çox qızğın döyüşlər gedir, Allah bütün şəhidlərimizə rəhmət etsin. Düzünü deyim ki, bura gələnə qədər son məlumatlarla maraqlanırdım, oxuyurdum. Əfsuslar olsun ki, yenə də gənc övladlarımız vətən uğrunda canlarından keçiblər. Allah hər birinə rəhmət eləsin, ailə üzvlərinə səbr versin. Oyuna gədikdə, rəqibi yaxından tanımışıq. Çox da fikir bildirmək istəmirəm. Suallar zamanı fikrimi bildirəcəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Nant”la oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Sizcə, "Nant"a qarşı hansı mövqelərdə diqqətli olmalısız? Güclü tərəfləri hansıdı?

- Qrupumuzda ən baxımlı futbol oyanayn komandadı. Aqressiv oynayırlar. Fərdi qaydada ustalığı yüksək olan oyunçuları var. Çox komplektləşmiş komandadı. Bu komandaya qarşı biz ancaq yaxşı futbol oynamalıyıq. Onlardan çəkinməməliyik. Çox hücum etməyi xoşlayan komandadı. Bunu nəzərə alaraq mütləq qaydada rəqibin üzərinə getməliyik, çox aktiv olmalıyıq. Bu rəqibə qarşı qapansaq, bundan istifadə edərlər. Bəzi risklərə getməliyik.

- Sabah oyunöncəsi şəhidləri bir dəqiqəlik sükutla yad etmək üçün UEFA-ya müraciət etmisiz?

- Bəli, bildirilib. Klub tərəfindən müraciət edilib. Nə cavab gələcək, bunu sabah biləcəyik.

- "Sabah"la ağır matçdan sonra komandada son durum necədi?

- "Sabah"la oyundan sonra kimlərin zədəli olduğunu demişdim. Maksim, Rahil, Medina zədəli idi. Bədavinin durumu tam dəqiq deyildi. Ümumi durum pis deyil. Oyuna hazır olmaq ehtimalı çoxdu. Dünən komanda ilə məşq etdi. Amma ehtiyatla, tam maksimum məşq etmirdi. Bu gün tam komanda ilə məşq etməlidi. Ümumi durumuna baxacağıq. Oynamaq ehtimalı çoxdu. Amma tam əmin olmalıyıq ki, qərar verək. Qalanları da bildiklərinizdi.

- Özünüz də çıxışınıza şəhidlərdən danışmaqla başladınız. Demək olar ki, bu həssas məqam "Qarabağ"ın işini daha da çətinləşədirəcək? Çünki belə vəiyyətdə futbol ikinci plana keçir...

- İnanın ki, mən burada olandan bu gərginlik, məsuliyyət həmişə var. Çünki biz həmişə futbolçularımıza hansı komandanı təmsil etdikləri barədə məlumat veririk. Onların yadına salınır bu barədə. Legionerlərə də bu barədə məlumat verilir. Bu məsələ son vaxtlar daha da gərginləşib. 3-4 ildə dəfələrlə yaşanıb bu hallar. Şükürlər olsun ki, torpaqlarımız geri qayıdıb. Hər dəfə nə qədər torpaqlarımız qayıdıb desək də, ürək yarası həmişə qalacaq. Dünəndən şəhid ailələrimiz barəsində oxuyuram. 2-3 yaşında övladı olan var, atasız qalıblar... Çox ağırdı. Bu, bizim işimizdi. İşimiz nə qədər ağır olsa da, çalışacağıq ki, komandanı oyuna tam düzgün hazırlayaq. Asan olmayacaq. Sabaha qədər vaxtımız var, danışacağıq futbolçularla.

- "Nant"ın 9 oyunda cəmi 2 qələbəsi var. Görünən odur ki, hücumda yaxşı olsalar da, müdafiədə problemləri var...

- Komanda ilə rəqibin oyunu analiz edəndə statistikanı bildirdim. Dedim ki, onlar bu cür oyunla daha artığına layiqdilər. Keçən il də boşuna Fransa Kubokunu əldə etməyiblər. Ola bilər ki, mövsümün əvvəlində hansısa çatışmazlıqları var. İnanın ki, bu, özünü sığortalamaq deyil. Sadəcə olaraq, "Nant"ın çox yaxşı müdafi, orta xətti və hücum xətti var. Təcrübəli oyunçuları, soyuqqanlı futbolçular var. Meydanda nə etmək lazım olduğunu yaxşı başa düşürlər. Müdafiədəki problemlərinə gəlincə, çox da bunu şişirtmək istəmirəm. Çünki, bütün komandalarda hansısa zəif nöqtə olur. Sadəcə olaraq, ola bilər hansısa oyunlarda bəzən yorğunluq olur. Bunları da yaxşı başa düşürəm. Biz də 3-4 gündən bir oyuna ikinci heyəti buraxırıq. Amma böyük liqalarda bu, bağışlanmır. Çünki, o cür liqalarda komandaların potensialı yüksəkdi. "Nant" yaxşı komandadı.

- Sizin üçün "Nant"ın “açar oyunçusu” kimdi?

- Hamısını deyərdim. Amma 10 nömrələri, Blas əla oyunçudu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30