24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Kadi: “Şəhidlərin ailə üzvlərinin yanında olmaq, onları bağrıma basmaq istərdim”

“İlk növbədə öz adımdan cəbhədə həyatını itirənlərin ailə üzvlərinə başsağlığı vermək istərdim. Ölkə üçün nə qədər çətin dönəm olduğunu bilirəm. Həqiqətən də şəhidlərin ailə üzvlərinin yanında olmaq, onları bağrıma basmaq və bununla da onlara dəstəyimi nümayiş etdirmək istərdim”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Kadi Borges Avropa Liqasının qrup mərhələsinin "Nant"la (Fransa) keçiriləcək oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

Braziliyalı yarımmüdafiəçi sabahkı matçda qalib gəlmək istədiklərini bildirib: "Çətin oyuna çıxacağıq. Bizi rəqabətli matç gözləyir. Rəqib haqqında məlumat almışıq. Ümid edirəm ki, azarkeşlər üçün yaxşı tamaşa olacaq. Bu görüşdə qalib gəlmək istəyirik".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30